"Avropa İttifaqında ölkəmizə münasibətdə aşkar qərəzli mövqe sərgilənir"

20:31 25-10-2024 | icon 79 | Siyasət
"Avropa İttifaqında ölkəmizə münasibətdə aşkar qərəzli mövqe sərgilənir"

Elşad Mirbəşir: “Biz artıq Qərb institutlarının belə bir obrazını yaxşı tanımalıyıq”

 

“Əslində Avropa İttifaqı strukturları hər zaman nümayiş etdirirlər ki, onlar insan hüquqları, demokratiya məsələlərini başqa xalqlara, dövlətlərə bir təzyiq aləti kimi istifadə edirlər. Ona görə də bu qərəzin arxasında dayanan motivlər haqqında da çox düşünməyə ehtiyac olmur. Əsas məsələ bundan ibarətdir ki, Avropa İttifaqı institutları Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir”.

 

Versus.Az xəbər verir ki, bunu Avropa Parlamentində ölkəmizə qarşı göstərilən açıq qərəzlə bağlı açıqlamasında siyasi şərhçi, professor Elşad Mirbəşir bildirib.

 

E.Mirbəşir qeyd edib ki, Azərbaycan hər zaman öz milli maraqları çərçivəsində addımlar atır, beynəlxalq təmaslar qurur ki, bu da Avropa İttifaqında qıcıq yaradır. Bu səbəbdən ölkəmizə münasibətdə aşkar qərəzli mövqe sərgiləyirlər:

 

“Biz yaxşı xatırlayırıq, öz tarixi torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etdikdən sonra olduqca aşkar qərəzli münasibətlər Qərb institutları tərəfindən sistemli xarakter aldı. Ölkəmizə qarşı qərəzli müzakirələr keçirildi, qətnamələr qəbul edildi. Halbu ki Azərbaycan BMT-yə üzv qəbul olunduğu beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmiş oldu. Belə olan halda Azərbaycana qarşı sistemli şəkildə siyasi hücumlar təşkil edilirdi. Bunun özü bir daha nümayiş etdirir ki, Qərb strukturları baş verən hadisələrə, cəryan edən proseslərə heç vaxt obyektiv yanaşmalar. Onlar həmişə öz maraqları prizmasından yanaşırlar. Azərbaycanda insan hüquqları, demokratiyanın vəziyyəti və Ermənistanla münasibətlər kontekstində yanaşma sərgiləyən Avropa İttifaqının özündə insan hüquqları kobud şəkildə pozulur. Biz dəfələrlə Fransada Avropanın bir sıra digər ölkələrində dinc etiraz aksiyası keçirən insanlara qarşı hansı qəddarlığın törədildiyini müşahidə etmişik. ABŞ-da irqi ayrı-seçkilik zəminində dəfələrlə polis tərəfindən qətllər törədilib, silasız insanların həyatına son qoyulubdur. Biz bunu hər zaman müşahidə edirik. Amma onların özləri başqa dövlətlərdə hansısa nöqsanlar axtarmaqla nə dərəcədə riyakar olduqlarını nümayiş etdirirlər”.

 

E.Mirbəşir Avropada ayrıca olaraq islamofob, türkiyəfob meylərininin də aşkar şəkildə müşahidə olunduğunu vurğulayıb. Bildirib ki, onlar bunu heç gizlətmirlər də:

 

“Quranın bir neçə dəfə avropa ölkələrində nümayişkaranə yandırılması, ümumiyyətlə insanların etiqad azadlıqlarının məhdudlaşdırılması halları Avropa İttifaqında adi vəziyyətdir. Bütün bunları görmədən başqa dövlətlərə, başqa xalqlara iradların bildirilməsi əlbəttə ki, bir daha bizdə o qənaəti möhkəmləndirir ki, avropa strukturları, avropa ittifaqı institutları Azərbaycana münasibətdə tam aşkar qərəzli mövqe sərgiləyirlər. Onlar öz yanaşmalarında obyektivlikdən, səmimiyyətdən çox uzaqdırlar. Yalnız öz maraqlarına uyğun gəldiyi hallarda hansısa vəziyyətə müsbət yanaşırlar. Hansı ki, o vəziyyətlərdə də heç bir müsbət elementlər mövcud olmur. Biz artıq Qərb institutlarının belə bir obrazını yaxşı tanımalıyıq”. /hafta.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?