Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
Ermənistanın oktyabrın 8-də şərti dövlət sərhədində qaldırdığı və üzərində səlibçi xaçları olan bayraqlar endirilib.
Bununla bağlı APA məlumat yayıb.
Bildirilib ki, dünən saat 17-18 radələrində erməni tərəfi Gorusun Vorotan kəndi ərazisinə qaldırıcı kran gətirib, üzərində xaç olan bayrağı endirib, yerində Ermənistanın üzərində xaç olmayan dövlət bayrağını qaldırıb.
Dünən saat 20 radələrində isə ermənilər kranla Gorusun Şurnuxu kəndindəki xaçlı bayrağı endirib, yerində üzərində xaç olmayan, adi bayraq qaldırıblar.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ