Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

16:23 05-11-2024 | icon 420 | Sağlamlıq
Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Nərminə Abbasova: “Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır”

 

“Əyriboyunluq başın eyni tərəfə, çənənin tərs tərəfə dönməsi şəklində yaranan deformasiyadır. Boyunun önə və yana əyilməsinə, yanlara dönməsinə köməklik edən Döş-Körpücük-Məməyəbənzər əzələdə inkişaf edən kontraktura, yəni yığılma nəticəsində yaranan əyriboyunluğa Muskulyar - əzələyə bağlı əyriboyunluq deyilir.

 

Bu sözləri əyriboyunluqla bağlı Versus.Az-ın oxucularına danışan MayoMed Klinikasının Baş həkimi Nərminə Abbasova deyib. Ailə həkimi qeyd edib ki, əyriboyunluq səbəbləri arasında bu qrup 95% təşkil edir. Onun sözlərinə görə, digər növlər arasında onurğanın boyun şöbəsində anadangəlmə inkişaf qüsurlarını və gözlə əlaqədar yaranan problemləri göstərmək olar.

 

Əyriboyunluğun səbəblərindən bəhs edən həkim bildirdi ki, doğuşun çətin keçməsi - sağrı gəlişi, forseps istifadəsi və sair zamanı Döş-Körpücük-Məməyəbənzər əzələsində yırtıq əmələ gəlməsi və burada əmələ gələn çapıq toxumasının dartması nəticəsində əzələdə qısalmanın xəstəliyə səbəb olması haqqında fərziyyələr doğru deyil:

 

“Ana bətnində ikən dölün boynunun davamlı olaraq yana bükülməsinə və dönməsinə şərait yaradan amillər Döş-Körpücük-Məməyəbənzər əzələsində venoz blokadaya səbəb olmaqla, qan dövranında pozulmaya yol açır. Bu vəziyyət əzələ içində çapıq toxumasının yaranmasına və nəticədə əzələnin qısalmasına səbəb olur. Ümumi xüsusiyyətlərinə gəlincə, həmişə tək tərəfli olur. Qızlarda daha çox görülür. ¾ hallarda sağ tərəf tutulur. Anadangəlmə bud-çanaq oynağı displaziyası və ayağın içə dönməsi ilə birlikdə tez-tez rast gəlinir.

 

Nərminə xanım qeyd edib ki, uşaq doğulduqdan sonra 2-3 həftə içərisində boyunda Döş-Körpücük-Məməyəbənzər əzələsi içərisində yerli sərt, ağrısız şişkinlik hiss edilir. O, vurğulayıb ki, bu şişkinlik körpücük sümüyünə yaxın yerləşir:

 

 

“Daha sonra bu şişkinlik getdikcə genişlənir. 2-6 ay içərisində getdikcə kiçilir və yox olur. Ancaq Döş-Körpücük-Məməyəbənzər əzələsi sərt və gərginləşərək zamanla qısalır və kontraktura yaranır. Boyunun tutulan tərəfə rotasiyası, önə flekiyası və qarşı çiyinə tərəf yan dönməsi məhdudlaşır. Xəstələrin 1/3-ündə Döş-Körpücük-Məməyəbənzər əzələsi tamamilə tutulmuşdur. Bu səbəblə lokal şişkinlik görülmür. Təəssüflər olsun ki, digər xəstələrdən fərqli olaraq bu xəstələr həkimə daha gec fazada gətirilir və müalicə gecikir. Müalicə gecikdikdə iki il içərisində üz və başda ikincili dəyişikliklər yaranır. Rahat olduğu üçün üz üstünə uzadılan uşaqlarda kontraktura olan tərəfdəki üz yarısı yatağa sökənir və zamanla düzləşir. Uşaq böyüdükcə üzdə assimetriya inkişaf edir. İki üz yarısında göz və qulaqlar müxtəlif səviyyələrdə yerləşir və kontraktura olan tərəfdəki üz yarısı daha kiçik olur. Daha irəli yaşlarda kontraktura olan tərəfdəki çiyin digərinə görə daha yüksəkdə yerləşir. Boyundakı əyrilik davam etdiyi üçün zamanla qalıcı skolioz inkişaf edir.


Ailə həkimi deyir ki, muskulyar, yəni əzələyə bağlı əyriboyunluq digər növlərdən ayırd edilməlidir. Onun sözlərinə görə, boyun nahiyəsi hökmən radioloji müayinələrdən keçirilməlidir. Döş-Körpücük-Məməyəbənzər əzələsi gərgin olmadığı hallarda göz həkiminin müayinəsi istənilməlidir:

 

Xəstəliyin diaqnozu qoyulduqdan qısa müddət sonra passiv gərmə gimnastikalarına başlamaq lazımdır. Uşaq kürəyi üzərinə sərt bir yatağa uzadılır. Gimnastikanın ilk mərhələsində normal tərəfin qulağı o tərəf çiyninə dəyəcək şəkildə boyun yan tərəfə əydirilir. İkinci mərhələdə çənə gərgin tərəfdəki çiyinə yaxınlaşdırılacaq şəkildə döndürülür. Üçüncü mərhələdə baş geriyə qatlanan vəziyyətdə ikən, boyuna yana bükülmə və rotasiya hərəkətləri edilir. Hər hərəkətin sonunda boyun gərilmiş vəziyyətdə beş saniyə tutulur və bu akt iyirmi dəfə təkrarlanır. Bu məşğələ gündə 4-6 dəfə tətbiq edilir. Bu vaxt gövdə və xüsusilə kontraktura olan tərəf çiyin əl yardımıyla sabit tutulur. Gimnastikalar asta edilməlidir, yoxsa əzələdə qopma ola bilər. Gimnastikalar uşaq daha çox yatarkən və ya yedizdirildikdən sonra edilməlidir.

Uşağın kürəyi üstünə yatması uyğun görülür. Uşaq boynunu səs gələn tərəfə aktiv çevirə bilməsi üçün normal tərəfi divara baxacaq şəkildə uzadılmalıdır. Uşaq kontraktura olan tərəfdən əmizdirilməlidir və oyuncaqlar bu tərəfdən uzadılmalıdır. Radio və televizor kimi əşyaların kontraktura tərəfdə yerləşdirilməsi uyğundur. Altı aylıqdan kiçik uşaqlarda effektiv passiv gərmə hərəkətləri tətbiq edildikdə 76-97% arasında nəticə əldə etmək olar. Hərəkət proqramı ən az 1 il davam etdirilməlidir.

 


Nərminə xanım onu da bildirdi ki, əzələ içində çapıq toxumasının nisbətinə görə hərəkət proqramının nəticəsi dəyişir. Əgər çapıq toxuması çoxdursa, əzələnin elastikliyi azaldığı üçün gərilmə qabiliyyəti də düşür və hərəkət proqramı yetərli olmur:

 

Digər tərəfdən 1 yaşından kiçik olmasına baxmayaraq, üz assimetriyası olan və ya boyun rotasiya hərəkətlərində ciddi məhdudiyyəti olanlarda passiv gərmə hərəkətlərindən nəticə almaq çətindir. Döş-Körpücük-Məməyəbənzər əzələsində diffuz tutulumda da konservativ müalicənin effektivliyi azalır. Konservativ müalicənin 6 ay müddətində tətbiqinə baxmayaraq 1 yaşından böyük uşaqlarda nəticə alınmırsa, əməliyyat məsləhət görülür. Cərrahiyyə zamanı Döş-Körpücük-Məməyəbənzər əzələ körpücüyə və döş sümüyünə bağlanan yerindən kəsilir. Ucların təkrar birləşməməsi üçün hər iki ucdan bir az əzələ götürülür. 4-5 yaşına qədər uşaqlarda bu əməliyyat yetərli olur. Daha gec vaxtlarda müraciət edənlərdə Döş-Körpücük-Məməyəbənzər əzələ hər iki ucundan uzadılır. Əməliyyatdan sonra 6 həftə müddətində boyunluq taxılır. Əməliyyatdan 1 həftə sonra aktiv və passiv hərəkətlər başlanır və 1 il müddətdində davam etdirilir.

Əməliyyat 5 yaşından gec edildikdə, üzdəki assimetriyanın bir qismi qala bilər. 10-12 yaşından böyüklərdə əməliyyatdan sonra boyundakı əyilmədə tam düzəlmə əldə etmək çətinləşir. Bu səbəblə xəstə və yaxınları əməliyyatdan əvvəl məlumatlandırılmalıdır.

 

 

QEYD:

 

Həkim terapevt Nərminə Abbasova əyriboyunluq xəstələrini müalicə almaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR