“COP 29 dünyanın yeni enerji erasında Azərbaycanın yerini, rolunu göstərəcək”

13:03 09-11-2024 | icon 183 | Gündəm
“COP 29 dünyanın yeni enerji erasında Azərbaycanın yerini, rolunu göstərəcək”

Aydın Quliyev: "Azərbaycan üzərinə çox böyük missiya götürüb"

 

"COP 29-un Azərbaycanda keçirilməsinə nail olmaq özü böyük uğurdur. Bir sıra ölkələrin müqavimət göstərərək konfransın Azərbaycanda keçirilməsinə maneə yaratmaq üçün göstərdiyi səylərin indi də davam etdiyini deyib".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

 

A.Quliyev qeyd edib ki, Avropa Parlamenti kimi qurumlar bu gün də COP-29 un Azərbaycanda  keçirilməsinin dayandırılması ilə bağlı cəhdlər edir. Eləcə də Ermənistanın müttəfiqi kimi çıxış edən ölkələr COP17-nin biomüxtəliflik konfransının İrəvanda keçirilməsində necə sevincək olublarsa, COP 29-un Azərbaycanda keçirilməsindən pərjmürdə olduqlarını da göstərirlər:

 

“COP 29-un uğurla keçirilməsi Azərbaycanın dünyada mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Çünki ölkəmiz dünyada enerji təhlükəsizliyinin neft və qaz hesabına təmin olunmasında necə aparıcı mövqelərə çıxmışdısa, eynilə də dünyanın enerji transformasiyasında - qazantı yanacaqlarından bərpa olunan enerji dövrünə keçid mərhələsində də uğurlu nəticələr ala biləcəyini ortya qoyur. Bir vaxtlar Azərbaycan dünyanın qazıntı yanacaqları hesabına təhlükəsizliyinin təmin olunmasında aparıcı ölkə statusçularından birini qazanmışdısa, bu gün COP 29 konfransının keçirilməsi ilə dünyanın bütün güclərini iqlim dəyişmələrinin fəsadları ilə mübarizəyə daha yaxından  səfərbər etməyə, yaşıl eneri mənbələrinə keçid dövrünün flaqmanları kimi dünyada öz mövqeyini müəyyənləşdirmə fürsəti qazanır. Azərbaycan bunlara nail olacağı təqdirdə dünya siyasətinin, iqtisadiyyatının bütün sferalarında daha da güclənəcək. Çünki dünyanın yeni bir dövrü başlayır. Neft-qazdan sonra iqlim dəyişiklikləri ilə bağlı fəsadların mümkün qədər yüngülləşdirilməsi erası başlayır ki, bu sahədə Azərbaycan üzərinə çox böyük missiya götürüb. İnanırıq ki, Azərbaycan bu missiyanı uğurla həyara keçirib dünyanın enerji transformasliyasında öz mövqeyini gücləndirəcək”.

 

A.Quliyev hesab edir ki, COP 29 Azərbaycanın reallıqlarının dünyaya təqdimatı baxımından da əhəmiyyətlidir. Çünki dünya bu gün Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik bir dövlət  olaraq gələn gəlirin hansı sahələrə yönəltdiyini və bunun hansı proqram üzrə sərf etdiyini gözləri ilə görəcəklər:

 

“Əmin olacaqlar ki, Azərbaycan neft -qazdan gələn gəlirləri sadəcə  maddi təlabat üçün istehlak etməyib, eyni zamanda zəruri olan  alternativ enerji mənbələrinin yaradılmasına və insan resurslarının daha da inkişaf etdirilməsinə yönəldib. Dünya Azərbaycanın hansı bir ağır təcavzü, hansı dağıntılarıı arxada qoyduğunu gözləri ilə görəcək. Dünya qüvvələri Bakıya gələndə təəcüblənəcəklər ki, 30 illik erməni işğalı dövründən sonra  o dağıntıların yerində  nələrin yaradılıb qurduğunü görmələri Azərbaycanın gücünün nümayişi olacaq. Azərbaycan ona göstərilən etimadı doğrultmaq üçün ölkənin dünyadakı rolunu gücləndirmək rolundadır.  COP 29 Azərbaycanın beynəxaq tədbiləri hansı səviyyədə keçrməsinin nümayişi olacaq. Eyni zamanda bu konfrans dünyanın yeni enerji erasında Azərbaycanın yerini, rolunu göstərəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR