“Azərbaycan COP 29 sessiyasında da çox önəmli irəliləyiş əldə edəcək”
Tural Gəncəliyev: "Ölkəmizə qarşı qərəzli çıxış edən qüvvələr narahatdırlar"
"Dünya səviyyəli COP 29 konfransıını Azərbaycanda keçirilməsi bütün dünyanın diqqətini ölkəmizə yönəldir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Deputat Tural Gəncəliyev bildirib.
Deputat qeyd edib ki, Avropada və Qərbdə bu məsələdən narahat olan qüvvələr Azərbaycanın qlobal iqlim dəyişmələri ilə bağlı proseslərin mərkəzində dayanmasını qəbul edə bilmir:
“İqlim dəyişikliyi konfransı bütün dünyanın üzləşdiyi ümumbəşəri problemlə bağlıdır. Ona görə də ölkəmizin bu konfransı keçirməsinə qarşı kampaniyalar təşkil olunur və yaxud da hansısa digər iqlim dəyişikliyi məsələlərində Azərbaycanın lider rolu oynaması xoşlarına gəlmir”.
T.Gəncəliyev eyni zamanda qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələsi keçmiş COP konfranslarında müzkirə olunub və əsas fikir qlobal şəkildə atmosferə buraxılan karbon qaz emisiyalarına görə məsuliyyətin düzgün bölüşdürülməsidir. İnkişaf etmiş, sənayeləşmiş ölkələr atmosferə çoxlu karbon emisiyaları buraxıblar. Amma buna görə məsuliyyəti, zərəri, ziyanı digər ölkələrlə bölüşmək istəyirlər və müzakirlər bitmir.
Deputat Azərbaycanın regionda güc mərkəzi kimi ortaya çıxışının əhəmiyyətini önə çəkib. Qeyd edib ki, Azərbaycan müharibəni udandan sonra və Qoşulmama Hərəkatına sədriliyi zamanı dünyada səsini çıxmayan, zorakılığa məruz qalan zəifləşən qüvvələri toparlayaraq yeni güc mərkəzi formalaşdırıb:
“Həmin qüvvələr narahatdırlar ki, Azərbaycan COP 29 sessiyasında da çox önəmli irəliləyiş əldə edəcək. Məsələn, Fransa atmasforə çox ziyan vuran ölkədir. Fransada ən böyük atom nüvə reaktorları fəaliyyət göstərir. Həmin nüvə reaktorlarının fəaliyyət göstərməsi üçün Fransa hökuməti, fransızlar Afrikada, başqa müstəmləkələrində olan yelərində uran yataqlarını istismar edib həm o Afrikanı zəhərləyir, həm də özlərinin nüvə reaktorlarını işlədərək “qlobal şimal” dediyimiz atmosfetə çoxlu emisiyalar buraxırlar. “Qlobal cəbuba” qarşı da absurd bəyanatlar verirlər”.
T.Gəncəliyev bildirib ki, COP 29 iqlim dəyişiklinə səbəb olan korrupsionerlərin niyyətlərini açığa çıxaran çox yaxşı platformadır. O, bu mənada Ermənistanın uzun illər Azərbaycanın fauna və florasına vurduğu zərərin bir daha bəyan edilməsi baxımından əhəmiyyətli hesab edib.
Deputat o cümlədən bildirib ki, ölkəmizə qarşı qərəzli çıxış edən qüvvələr narahatdırlar ki, Azərbaycanda keçirilən COP sessiyası iqlim dəyişmələrində məsuliyyət daşıyan ölkələrin açığa çıxarılması baxımından ən müvəffəqiyyətli sessiyalardan olacaq.
LƏMAN
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ