“Azərbaycan COP 29-un yüksək səviyyədə təşkilinə hazırıdr”
Elşad Mirbəşir: "Bu konfrans Azərbaycanın pozitiv imicinə müsbət təsir göstərəcək"
"BMT -nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ölkımiz üçün əhəmiyyəti böyükdür".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında professor Elşad Mirbəşir bildirib.
E.Mirbəşir bunu bir neçə istiqamət üzrə dəyərləndirib:
“Birincisi, COP 29-un Azərbaycanda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizin nüfuzunun çox vacib göstəricisidir. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın qarşısında dayanan ən vacib çağırışlardan biri də məhz iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlıdır və bəşəriyyətin gələcəyi birbaşa bu amildən asılıdır. Ona görə də iqlim dəyişmələri dünyanın diqqətində olan çox vacib məsələdir. Azərbaycanın COP 29-a ev sahibliyi etməsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması Azərbaycana olan hörmətin, etimadın göstəricisidir”.
E.Mirbəşir buna qədər də Azərbaycanın müxtəlif mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etdiyini önə çəkib. Onun fikirncə, bu gün beynəlxalq ictimai təsəvvür Azərbaycanın bu tədbirə də böyük uğurla ev sahibliyi edəcəyi ilə bağlıdır.
Professor qeyd edib ki, Azərbaycan COP-29-a ev sahibliyi etməklə həm də vətənimizin növbəti dəfə beynəlxalq təqdimatını edəcək. Onun sözlərinə görə, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir və COP 29-la bütün regionalar daxil olmaqla hərtərəfli inkişafını bir daha gözləri ilə görmüş olacaqdır. Bu konfrans Azərbaycanın pozitiv imicinə müsbət təris göstərəcək:
“Nəzərə almaq lazmdır ki, Azərbaycan bu gün olduqca aktiv şəkildə yaşıl enerji mənbələrinin yaradılması istiqamətində fəaliyyət göstərməkdədir və bu prosesdə beynəlxalq sərmayədarlar da iştirak etməkdədir. Azərbaycan yaşıl enerji mənbələrinin yaradılması istiqamətində uğurlu əməkdaşlıq sistemi də qurmağı bacarmışdır”.
E.Mirbəşir qeyd edib ki, COP 29 konfransının keçirilməsindən sonra ölkəmiz yaşıl enerji mənbələri ilə bağlı daha geniş sərmayələr cəlb etmək imkanına sahib olacaqdır:
“Artıq gələcəkdə bərpa olunan enerji mənbələrindən alınmış enerilərin ixracatı ilə məşğul olcağıq. Artıq bakı beynəlxalq əməkdaşlıq kontekstində Qara dənizin dibi ilə Avropa enerji bazarına enerji ixracatını təmin edəcək kabelin inşasını həyata keçirməkdədir. Bərpa olunan enerji mənbələrinin miqyası genişlənərsə Azərbaycanın imkanları xeyli genişlənəcək. Ayrıca COP 29-un Azərbaycanda keçirildiyi çərçivədə ölkəmiz müasir dünyanın ən böyük çağırılarından olan birgə mexanizmlərin işlənib harırlanacağı məna da çevriləcək”.
E.Mirbəşir ölkəmizə qarşı yönələn əsassız hücumların sistemli şəkil almasına qeyd edib. O, Azərbaycana qarşı Qərb mətbuatında, Avropa Parlamentində, Fransa Senatının mövqelərində ölkəmizə qarşı heç bir əsası olmayan ittihanların səsləndirilməsinə diqqət çəkib:
“Əsas ittihamlardan biri odur ki, Azərbaycan neft-qaz hasilatına sahib olan ölkə olaraq COP 29-u keçirməyə layiq bir ölkə deyil. Lakin bu günə qədər COP konfranslarını təşkil edən ölklərin hamısı bu və ya digər səviyyyədə təbii enerji mənbələrindən istifadə ediblər. Bu baxımdan bu cür ittiham heç bir əsasa sahib deyil. Azərbaycan yaşıl enerji mənbəlrinin yaradılmasında ən ciddi fəalliq göstərən ölkələrdən bidir. Ona görə də Azərbayacan COP 29-a ev sahibliyi etmək üçün ən çox mənəvi haqqa sahibdir. İrəli sürülən əsas ittihamlardan biri də ondan ibarətdir ki, guya biz Azərbaycan torpaqarında erməni mədəni abidəələrini məhv edirik və YUNESKO missiyasının əraziyə göndərilməsi təklifləri səsləndirilir. Burada da olduqca ədalətsiz mövq mövcuddur. Birincisi, Azərbaycan heç bir halda məhv edən dövlət deyil, əksinə mədəni irsin qorunub saxlanmasında maraqldır. Təkcə Baknın Mərkəzində olan erməni kilsəsi ən yüksək tələblərə cavab verəcək şəkildə təmir olunub. Gələn insanlar, xarici qonaqlar öz gözləri ilə görə biləcəklər ki, Azərbaycanın başqa xalqların dini etiqadına, mədəni abidələrinə həssaslıqla yanaşır. Təbii ki, bu, Azərbaycanın informasiya mübarizəsində mövqelrimizi gücləndirəcək, əsassız ittihamların təsirini əhəmiyyətsiz edəcəkdir. Eyni zamanda ermənilərin Azərbaycan ərazilərinə geri qaytmasının vacibliyi Avropa mətbuatında qeyd edilib. Amma biz dünya ictimaiyyətinin nəzərinə çatdırmışıq və COP 29 konfransı şərçivəsində bir daha o imkana sahib olacağıq ki, Azərbaycan ermənilərə reinteqrasiya ilə bağlı olduqca səmimi çağırışlar edib. Amma ermənilər pasportlarını daşıdığı Ermənistan ərazisinə köçdülər. Görünür ki, Azərbaycan ərazilərini könüllü tərk etmələri düşünülmüş şəkildə təşkil olunmuşdu ki, bundan Azərbaycana qarşı istifadə edilsin və biz bu gün o cəhdləri görürük. COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizin imicinin daha da möhkəmləndirilməsi, yükək təhlükəszilik mühitinin olmasının dünyaya nümayiş etdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin qurulması, yaşıl enerji sahəsində imkanlarımızın genişləndirilməsi baxımdan ölduqca böyük əhəmiyyətə malik olacaqdır. Azərbaycan bu günə qədər olan bütün əhəmiyyətli tədbirlərə necə yüksək səviyyədə evsahibliyi etmişiksə, COP 29-a da belə yüksək səviyədə ev sahibliyi edəcəyik. Azərbaycan COP 29-un yüksək səviyədə təşkilinə hazırıdr”.
T.Qafarlı
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ