"Əzəmətli bayrağımız Azərbaycanın hər tərəfində qürurla dalğalanır"

09:37 09-11-2024 | icon 205 | Siyasət
"Əzəmətli bayrağımız Azərbaycanın hər tərəfində qürurla dalğalanır"

Hafiz Hacıyev: "Vətənimizə rifah, sülh və tərəqqi arzulayıram"

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə dövlət başçısını, Azərbaycan xalqını təbrik edib.

 

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

“2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

 

30 illik işğaldan sonra üçrəngli müqqədəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda - Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda da dalğalanır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər ordumuzun gücü ilə ərazi bütövlüyümüz tamamlandı, suverenliyimiz bərpa olundu. Artıq üçrəngli, aylı-ulduzlu əzəmətli bayrağımız Azərbaycanın hər tərəfində qürurla dalğalanır.

 

Cənab Prezident, cənab Ali Baş Komandan İlham Əliyev, Sizi və Sizin timsalınızda xalqımızı 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!

Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR