İki jurnalist həbslə HƏDƏLƏNİR

14:21 09-11-2024 | icon 253 | İdman
İki jurnalist həbslə HƏDƏLƏNİR

Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanır.

 

Versus.Az xəbər verir ki, “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalisti həb etdirməklə hədələyib.

 

Belə ki, klub prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Şabanoglu (Sports.az saytı) və İxtiyar Əsgərovdan (Matç.az saytı) prokurorluğa şikayət edib.

 

Prokurorluğa dəvət olunan baş redaktorlara xəbərdarlıq edilərək, 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.

“Sumqayıt” Futbol Klubunun prezidenti jurnalistləri məhkəmə ilə də hədələyib. Riad Rəfiyev media nümayəndələrinin onun təhqir etdiyini bildirib. Onun iddiasına görə, jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən ifadələr yer alıb.

Jurnalistlər isə klub rəhbərinin iddialarını rədd ediblər.


Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevlə sona qədər mübarizə aparacaq:

“İdman jurnalistlərinə atdığı şərə, 26 illlik jurnalist imicimi ləkələməyə yönəlmiş şikayətə görə sona qədər mübarizə aparacam!”.



İxtiyar Əsgərovun sözlərinə görə, yazısında “Sumqayıt” rəhbərinin işini "yarıtmaz" adlandırdığına görə hədəfə tuş gəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR