"Azərbaycan bundan zərər çəkən tərəf deyil”

16:05 14-11-2024 | icon 145 | Siyasət
"Azərbaycan bundan zərər çəkən tərəf deyil”

Natiq Miri: “Kimin COP29 konfransına gəlib- gəlməməsi Azərbaycanın gündəmi deyil”

 

“Bu gün Azərbaycan əleyhinə böyük hücumlar var. Azərbaycana hücum edənlər qlobal şəkildə insanlığın qanını soranlardır. Ancaq bu hücumlar qısa müddətlidir və COP 29 konfransı necə başlayıbsa elə də bitəcək”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri iqlim dəyişikliyi ilə bağlı paytaxt Bakıda keçirilən COP 29 konfransında iştirakdan imtina edən dövlətlərin mahiyyətinə diqqət çəkərkən bildirib.

 

Politoloq qeyd edib ki, bundan istifadə edib ortalığa milyonlar qoyanlar, başda erməni lobbisi olmaqla xəyal qırıqlığına uğrayacaq. Ona görə də Ermənistanın, Fransanın, yaxud Avropa İttifaqından kimlərinsə Bakıda keçirlən COP konfransına gəlib- gəlməməyi Azərbaycanın gündəmi deyil:

 

“Hər bir uğurun mahiyyətində bir olmaq durur. Bu güc deməkdir və bunun arxasında onun bəsləndiyi ədalət olduqda kimsə bizə heç nə edə bilməz. Biz doğru yoldayıq, gördüyümüz iş müqəddəsdir. Biz bizə düşmən olanların niyyətlərini ifşa etməklə, tənqid etməliyik. COP konfransı hər bir insanın həyat rifahını yüksəltməyə xidmət etməlidir. Çünki bir siyasətin arxasında əxlaq dayanmırsa, o heç nəyə yaramır”.

 

N.Miri bildirib ki, bəzi qlobal güclər, qlobal maliyyə şəbəkələri COP-29-la bağlı konfransı həddən artıq siyasiləşdirirlər. Unudurlar ki, iqlim dəyişikliyi siyasi məsələ deyil, insani məsələdir və bütün bəşəriyyəti düşündürməlidir:

 

“Çünki bu gün atmosferdə, yer kürəsində baş verən kataklizmlərdə tək bir dövlət, yaxud hansısa seçilmiş xalqlar, millətlər zərər çəkmir, bundan bütün dünya və insanlıq zərər görür. İqlim dəyişilkiyi ilə bağlı yaranan təhlükə qlobaldır və bütün insanlıq üçün potensial təhlükədir. Məsələyə bu prizamadan yanaşmayan dövlətin siyasi niyyəti qeyri insani davranışdır. Məhz bu cür siyasət boykot edilməlidir. Ona görə də Bakıda keçirilən COP29-a hansısa dövlət nümayəndərinin gəlməməsi müzakirə predmeti olmalı deyil. Bu, konfransa münasibət, həmin dövlətin insanlığa humanitar prinsiplərər münasibətini formalaşdırır, göstərir. Bu mövzuda keçirilən konfrans lakmus kağızıdır. İnsanı sevən bir siyasi lider, dövlət başçısı bu konfransa hər hansı siyasi iddia olmadan gəlməli, dövlətinin əlini bu "daşın altına qoymalıdır" ki, özü, övladları, gələcəyini xilas etsin. COP bütövlükdə BMT-nin tədbiridir, Azərbaycanın deyil. Bunu baykot etmək gerizəkalılıqdır. Yəni kim nədirsə, COP 29-a yanaşmasında onu ortaya qoyur”.

 

N.Miri hesab edir ki, konfransa qatılmayan dövlətlərin, o cümlədən Fransanın, Aİ-nin mövqeləri bu prizmadan təhlil olunmalıdır:

 

“COP 29-a gəlməmək, Azərbaycanı boykot etmək deyil. Bu 8 milyard insanı boykot etmək, etinasız yanaşmaq deməkdir”.

 

Politoloq Azərbaycanın 14 strateji hədəflər müəyyənləşdirdiyini qeyd edib və hər bir halda bu strateji layihələrin gələcək perspektivdə Azərbaycanın sədrliyi müddətində qlobal səviyyədə insanlara xidmət edəcəyni vurğulayıb:

 

“İnsanlığın qanını soran qobal güclər var ki, onlar qlobal korparasiyaların triliyardları hesabına müstəmləkəçi istismar edirlər. Həmin güclər buyurub həmin milyardaların bir hissəsini iqlim dəyişmləri ilə bağlı keçirilən bu layihələrə işlətsinlər. Çünki bu layihələr həm də onların özünün yaşamını, övladlarının yaşamını müsbət anlamda dəyişdirir”.

 

Politoloq bildirib ki, Azərbaycan öz öhtəsinə düşən səlahiyyət və məsuliyyətini anlayaraq işini görür. Bundan sonra kimin kim olduğu ortaya çıxacaq:

 

“Bu gün hər bir insanımızın aldığı istənilən istehlak məhsulunun -əmtəənin 3-də bir hissəsi faiz olaraq qlobal maliyyə şəbəkələrin cibinə gedir. Bu gün bu havanı zəhərləyən, karbonun emissiyasını atıran sadə insanlar deyil, bu zavodları, zəhərli qazları milyardlar qazanan böyük şəbəkələr edir. Əgər qazanmaq varsa, bir də havanı təmizləyib, ozon qatını bərpa etməyə, karbon emissiyasını azaltmağa və bu yöndə konkret maliyyələrin xərclənməsinə ehtiyac var. Bizim dinimiz də bunu tələb edir”.

 

N.Miri hesab edir ki, COP konfransına evsahibliyi etməsi qlobal səviyyədə Azərbaycanın hörmətini, səviyyəsini. imkanlarını ortaya qoyacaq:

 

"Dövlətlər müəyyən mənada Azərbaycanla əməkdaşlığın nə dərəcədə yararlı olduğunu, eyni zamanda geosiyasi əhəmiyyəini göstərəcək. Hər halda Azərbaycan bundan zərər çəkən tərəf deyil”.

 


LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR