“Bakı bu ev sahibliyi ilə öz fərqliliyini nümayiş etdirdi”

16:15 14-11-2024 | icon 160 | Siyasət
“Bakı bu ev sahibliyi ilə öz fərqliliyini nümayiş etdirdi”

Hasan Oqtay: "Bu ölkələrin görüşə qatılmaması onların əldə ediləcək nəticələrə hazır olmadıqlarına işarədir"

 

“Bakı belə bir görüşə ev sahibliyi etməklə özünü Cop 29- la birlikdə dünyanın ən mühüm paytaxtlarından biri kimi təsdiqləyib. Belə görüşlər siyasi hadisələrin kölgəsinə qurban verilməməli, dünyanın tanınmış dövlətləri belə görüşlərdə iştirak etməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay bildirib.

 

H.Oktay qeyd edib ki, iqlim və ətraf mühit məsələləri son vaxtlar dünyanın ən mühüm istiqaməti kimi önə çıxmağa başlayıb. O, eyni zamanda bildirib ki, BMT-nin ən mühüm tədbirlərindən biri hesab edilən İqlim Dəyişikliyi Konfransının 29-cu iclasında 50 dövlət başçısı, 10 vitse-prezident, 20 baş nazir və 2 vəliəhdin qatılması çox mühüm əhəmiyyətə malik bir hadisəyə şahidlik etdiyimizdən xəbər verir.

 

H.Oktay Azərbaycanda keçirilən konfransı hər il BMT tərəfindən Nyu Yorkda ətraf mühit, iqlimlə bağlı bütün problemlərin müzakirə edildiyi, eləcə də daha yaşana bilən bir dünya üçün nələrin edilməsinin müzakirə edildiyi toplantılara bərabər bir toplantı kimi yüksək qiymətləndirib. Ekspert hesab edir ki, qlobal güclər mütləq belə COP iclaslarında iştirak etməlidir. Onun fikirncə, siyasi səbəblərə görə COP-da iştirakdan imtina edənlərin qarşısı alınmalıdır. Digər platformalarda, diplomatiyada siyasi rəqabət və düşmənçilik məsələlərinin aradan qaldırılması çözülməlidir.

 

H.Oktay bəzi ölkələrin bu görüşə qatılmamasını Azərbaycana qarşı olan qərəzli münasibət kimi yox, müzakirə olunacaq məsələlərə, əldə olunacaq nəticələrə hazır olmadıqlarına işarə kimi qiymətləndirib:

 

“Ətraf mühit, iqlim, yaşana bilən dünya və demokratiya birlikdə nəzərdən keçirilməlidir. BMT-nin 29-cu COP iclası gözlənildiyindən çox daha məhsuldar olacaq. Bakı dünya paytaxtları arasında belə bir görüşə ev sahibliyi etməklə öz fərqliliyini nümayiş etdirdi”.

 

PƏRİ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR