COP29 QHT-lər üçün unikal ŞANSDIR

17:05 15-11-2024 | icon 153 | Cəmiyyət
COP29 QHT-lər üçün unikal ŞANSDIR

Noyabrın 11-dən başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qeyri-hökumət təşkilatlarının (QHT) da diqqətindədir. COP29-un Yaşıl Zonasındakı  Azərbaycan QHT-lərinin pavilyonunda qələbəlik yaşanır. Artıq geridə qalan beş gündə Yaşıl Zonadakı Milli QHT Forumu Pavilyonunda müxtəlif mövzularda yan tədbirlər keçirilib.



Azərbayacn QHT-lərinin nümayəndələri Bakı Olimpiya Stadionunda baş tutan COP29 konfransında iştiraka xüsusi maraq göstərirlər.

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, COP29-un Bakıda keçirilməsi həm Azərbaycan, həm də dünya üçün mühüm hadisədir:

 


"Çünki bu BMT-nin tədbiridir, Azərbaycan burada təşkilatçı qismində iştirak edir. Mən özüm də tədbirin iştirakçısıyam. Deyə bilərəm ki, tədbir olduqca yüksək səviyyədə təşkil olunub. Çox geniş təmsilçilik var və mühüm məsələlər müzakirə olunur. Bütün dünyanın vətəndaş cəmiyyəti nümayəndələri də Bakıya gəlib. Biz də onlarla görüş və müzakirə aparmaq imkanı əldə etmişik. Amma bir məsələ var ki, iqlim dəyişikliyi ilə qlobal səviyyədə mübarizə təəssüf ki, atmosferi çirkləndirən əsas dövlətlər tərəfindən o qədər də dəstəklənmir. Paris razılaşmasına həmin dövlətlər əməl etsəydilər, vəziyyət bu yerə gəlib çıxmazdı. Onların atmosferə vurduqları ziyan kiçik dövlətləri qurbana çevirdi. Böyük dövlətlər bu konfransa daha çox maliyyə ayırmalıydılar. Hələ ki Bakıda bu istiqamətdə müzakirələr gedir. Ümid edirik ki, müsbət nəticə əldə olunacaq".

 

 

S.Məmmədov vurğulayıb ki, iqlim dəyişikliyi qlobal problemdir.



"Bu, yalnız antropogen, yəni insan amilindən asılı deyil. Zaman-zaman dövri, əsri olaraq, Günəş aktivliyinin artması ilə bağlıdır. Ona görə də bəşəriyyət resurslarını daha düzgün yönəltməlidir. İndiki halda yaşıl enerjinin az qala iqlim dəyişikliyinin qarşısının alınmasına yönələn yeganə tədbir olması ilə razı deyiləm. Alternativ enerji mənbələrinin çoxalması, ənənəvi enerji mənbələrinin isə azaldılması bu problemi həll etməyəcək. Bu, daha ciddi problemdir. Ona görə də səylər və resurslar düzgün yönləndirilməlidir".


 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, güclənmiş mövqelərinin, ölkəmizə olan böyük etimadın göstəricisidir:
 

 

"Müstəqil Azərbaycanın tarixində COP29 ən böyük tədbirdir. Eyni zamanda COP29-a evsahibliyi edən Azərbaycan özünün alternativ enerji ambisiyalarını nümayiş etdirir və bu sahədə də lider olmaq istəyini, əzmini göstərir. Azərbaycanın elan etdiyi planlar, həqiqətən də çox ambisiyalıdır və ölkəmizin potensialını bütün dünyaya nümayiş etdirir. Azərbaycan həmçinin, ənənəvi enerji istehsalçısı kimi məsuliyyətli davranışı ilə seçilir. Bu istiqamətdə təşviq fəaliyyətləri ilə iqlim dəyişmələrinə qarşı mübarizədə öz gücünü göstərir və prosesə geniş töhfə verir. COP29 Azərbaycana bu sahədə də fəaliyyətini sərgiləməyə, göstərməyə imkan verir. Eyni zamanda,  COP29 bütün dünyanın toplaşdığı platformadır. Azərbaycan COP29-da inkülizvliyi təmin etməklə ada dövlətlərinin, inkişaf etməkdə olan dövlətlərin səsini bütün dünyaya çatdırır və kollektiv məsuliyyəti təşviq edir. Azərbaycan dinlərarası, mədəniyyət və sivilizasiyalararası dialoq təşəbbüslərinin qaynağı, eyni zamanda bu istiqamətdə əsas fəallıq göstərən ölkələrdən biri kimi diqqət çəkir. Eyni zamanda Azərbaycan son illər müstəmləkəçiliyə, neokolonializmə qarşı mübarizəni dəstəkləyir. COP29 Azərbaycana sülh və iqlim hədəflərini birləşdirmək imkanı yaradır. Azərbaycan sülh gündəliyinə sadiqliyi ilə yanaşı, iqlim dəyişikliklərinin idarə olunmasında, ətraf mühitin qorunmasında da genişmiqyaslı səyləri ilə seçilir. COP29 elə bir unikal platformadır ki, Azərbyacana hər iki istiqamətdəki fəaliyyətini bütün dünyaya çatdırmaq imkanı verir".

 

 

Z.İbrahimli qeyd edib ki, Bakıda keçirilən COP29 ən mühüm konfranslardan biri olacaq:
 

"Çünki burada kollektiv maliyyə cəmiyyəti indikatoru müzakirə olunur. Paris İqlim Sazişinin 6-cı bəndinin tam həcmdə yerinə yetirilməsində öhdəliklərin gücləndirilməsi ilə bağlı danışıqlar gedir. COP29 çərçivəsində Azərbaycan bu istiqamətdə çox böyük səy göstərir. Hesab edirəm ki, Azərbaycanda aparılan müzakirələr, danışıqlar yaxın gələcəkdə iqlim dəyişiklərinin idarə olunması və ətraf mühitin qorunmasında qlobal öhdəliyi daha da gücləndirəcək və ən uğurlu nəticələrdən biri kimi tarixə düşəcək".
 

Müsahibimiz COP29-un Azərbaycan vətəndaş cəmiyyəti üçün unikal bir şans olduğunu vurğulayıb:
 

"İlk dəfədir ki, biz beynəlxalq təşkilatları yox, onlar bizi axtarırlar. COP tarixində bir ilk olaraq, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının koalisiyası yaradılıb. Bu da Azərbaycan vətəndaş cəmiyyətinə böyük imkanlar verir. Azərbaycan ev sahibi kimi vətəndaş cəmiyyətinin geniş iştirakçılığını təmin edib, indiyə qədər olmayan həcm və miqyasda ada dövlətlərini, o cümlədən inkişaf etməkdə olan dövlətlərin vətəndaş cəmiyyətlərinin COP29-da iştirakına şərait yaradıb. Hesab edirəm ki, hər bir sağlam düşüncəli insan ətraf mühitin qorunması məsələlərinə olduqca həssas yanaşmalıdır. Faktiki olaraq bu, bəşəriyyətimiz, dünyamız üçün ölüm-qalım məsələsidir. Hər bir insan özü fərdi qaydada ətraf mühiti qorumaqla, eyni zamanda ictimai təşəbbüslərə dəstək verməklə bu fəaliyyətlərin uğurla nəticələnməsinə çalışmalıdır. Çünki təbiət bizim anamızdır. Ətraf mühit erroziyaya uğradıqca, hər birimiz bundan əziyyət çəkirik. Bunun bir sıra neqativ təsirləri gözlə görünəndir. COP29 dövlət orqanları və hökumətlər səviyyəsində, fərdi, və özəl təşəbbüslərin bir məcrada birləşdirilməsinə imkan yaradır. Gündəlik müzakirələrdə iştirak edirik. Doğrudan da, iqlim icmasının yorulmaz səylərini görürük. Hesab edirəm ki, hər birimiz ictimai təşkilatların, dövlət orqanlarının, özəl sektorun ətraf mühiti qorumaq səylərinə dəstək verməliyik. Hər birimiz ətraf mühitin təmizliyini qorumaqla, ianələrlə əlimizdən gələni etməliyik. Çünki ətraf mühiti qorumaqla biz özümüzü qorumuş oluruq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR