Xəzər dənizinin sahilində NAR bulvarı salındı
“Sea Breeze” kurort zonasında Xəzər dənizinin sahilində yüz ədəd nar tingi əkilib. Tezliklə onların sayı daha da artacaq və qırmızı meyvələri olan ağaclar yeni yeddi kilometrlik bulvarı bəzəyəcək. Nar tinglərini ilk olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “Sea Breeze” kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov və onların oğlu Əli əkiblər.
Versus.Az xəbər verir ki, tədbirdə memarlıq bürosunun rəhbəri Scott Brawnrigg Darren Comber, landşaft memarı Con Kalvin Wiedemann, Sea Breeze Landşaft departamenti, həmçinin COP29 iştirakçıları iştirak ediblər.
Emin Ağalarovun çıxışında qeyd etdiyi kimi, bugünkü tədbir sadəcə dəbdəbəli kurort və sahil kəndi deyil, həm də gələcəyin əsl şəhəri olan Xəzər dənizinin sahilində unikal layihə olan Sea Breeze-nin görünməmiş yaşıllaşdırılma planı ilə inkişaf icrasını davam etdirir. “Sea Breeze üçün Nar Bulvarı xüsusilə əlamətdar olacaq. Bir vaxtlar Xəzər sahili səhra və yaşayışsız məkan olub, lakin bu gün burada müxtəlif növ ağaclar və bitkilər - palma, şam, sərv, zeytun, zirə, rozmarin, lavanda və bir çox başqa növlər bir aradadırlar. Kurort şəhərində yaşıllıq sahəsi 300 hektardır - burada 10 milyondan çox ağac və kol əkilib 2025-ci ilə qədər isə daha 5 milyon ağacın əkilməsi planlaşdırılır ki, bu da Sea Breeze-i planetin ən yaşıl yerlərindən birinə çevirəcək”, - Emin Ağalarov vurğulayıb.
Darren Comber, bütün dünyada şəhər layihələrini həyata keçirən və Sea Breeze ilə sıx əməkdaşlıq edən Scott Brawnrigg beynəlxalq memarlıq bürosunu təmsil edir. Bakıda keçirilən görüşdə o, kurort şəhərinin ərazisində tikilə biləcək gələcək layihələrdən danışıb. Bu layihələrin hər biri enerjinin təkrar emalı, müasir eko-mədəniyyət və digər aspektlər vasitəsilə müasir ekoloji gündəmə cavab verir.
Mərasim Azərbaycanın Xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar yurdu” rəqs ansamblının çıxışı ilə acılıb. Nar bulvarının salınması və ölkənin ən dadlı və ən şirəli narlarının bitdiyi Azərbaycanın ürəyi olan Göyçaydan gətirilən tinglərin əkilməsi peşəkar bağbanların həssas rəhbərliyi altında həyata keçirildi.
Bu gün Sea Breeze sahilində böyük bir beynəlxalq komanda toplanıb. Bakının ən məşhur istirahət zonalarından birinin tarixində iz buraxmaq istəyənlər arasında təkcə Azərbaycan paytaxtının sakinləri deyil, həm də COP29-un çoxsaylı iştirakçıları var.
Mərasim iştirakçılarının arasında Şəmkirdən Bakıya gələn Birinci Qarabağ müharibəsi veteranı Nəzakət Məmmədova da vardı. O, “Sevinirəm və inanıram ki, bu sahədə mənim əkdiyim nar ağacı bol bar verəcək” – dedi.
Ekoloji kampaniyanın bütün iştirakçılarına suvenir kimi GPS-li taxta breloklar verilib ki, onların köməyi ilə əkdikən ağacların taleyinə nəzarət edə bilsinlər.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ