Cinayət Məcəlləsində YENİ MADDƏ
Qanunu pozanları 15 ilədək həbs gözləyir
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, məcəlləyə yeni maddə əlavə edilib:
"Maddə 104-1. Ekosid
Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda -
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ