COP29 Bakıda davam edir

16:58 18-11-2024 | icon 87 | İqtisadiyyat
COP29 Bakıda davam edir

Yeni iqtisadi hədəflər müzakirə olunur

 

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirləri davam edir.

 

"Haber Global" bununla bağlı süjet hazırlayıb. Bildirilir ki, sammitin əsas gündəm maddələrindən biri yeni maliyyə yardımı hədəflərinin müəyyənləşdirilməsidir.

 

"Rio-de-Janeyroda (Braziliya) keçirilən G20 görüşü üçün də dünya liderlərindən iqlim böhranı mövzusunu əsas gündəm maddəsi etmələri tələb olunub. Bu mövzu artıq bütün qlobal görüşlərdə əsas müzakirə predmetinə çevrilməlidir. Lazım olan iqtisadi yardımın həcmi artıq çox böyük rəqəmlərə çatıb. Hər il itirilən vaxtla bu rəqəmlər daha da artır. Hazırda illik 1.1 trilyon dollar vəsait tələb olunur ki, bu da əvvəlki illərlə müqayisədə 10 dəfə çoxdur", - deyə süjetdə vurğulanıb.

 

O da qeyd olunub ki, iqtisadi yardım mövzusunda hələ konkret qərarlar qəbul edilməyib və COP29-da bu barədə narazılıqlar səslənir.

 

"İştirakçılar ümid edirlər ki, sammit başa çatana qədər bu istiqamətdə irəliləyişlər əldə olunacaq", - deyə müəllif bildirib.

 

Ətraflı süjetdə:

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR