Bankların "qara siyahı"sına kimlər düşür?

22:16 18-11-2024 | icon 159 | İqtisadiyyat
Bankların "qara siyahı"sına kimlər düşür?

Azərbaycanda banklarda krediti gecikdirən şəxslərin "qara siyahı"ya salındığı və onlara bir daha kredit verilmədiyi bildirilir.

 

Versus.Az xəbər verir ki, bəzi vətəndaşlar kredit üçün banka müraciət etdiyini, ancaq adlarının “qara siyahı”da olduğu üçün onlara kredit verilmədiyini deyirlər.

 

Ekspertlərin sözlərinə görə, əslində banklarda belə bir siyahı yoxdur. Kredit verilərkən vətəndaşın sadəcə kredit tarixçəsinə baxılır. Həmin şəxs kredit ödənişlərində gecikmələrə yol verirsə, bu, məlumat bazasında qeyd olunur.

 

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kreditin aylıq ödənişini gecikdirən “problemli müştərilər”ə yeni kreditlər təklif edilərkən kredit tarixçəsi korlanmış müştəri münasibəti ortaya çıxır. O, İTV-yə açıqlamasında bildirib ki, həmin müştərilərə gəlirləri çox olsa belə yüksək məbləğdə kreditlər təklif olunmur.

 

Tarixçə qaydasında olduğu zaman cüzi gecikmələrə görə problem yaranmır. Amma bir çox banklar vətəndaşın kredit tarixçəsi ilə bağlı mənfi halları gördükdə ona istədiyi məbləği verməyə ehtiyat edir. Bu hallar bankların öz səlahiyyətləri daxilindədir. Yəni banklar risk qiymətləndirməsi apararaq kreditin ayrılıb-ayrılmaması barədə qərarda sərbəstdirlər.

 

Məsələ ilə bağlı “Azərbaycan Kredit Bürosu”ndan televiziyaya bildirilib ki, müştəri kredit müqaviləsi üzrə tələb olunan sonuncu ödəniş tarixində ödənişini tam həyata keçirmədiyi halda gecikmə günləri yaranır:

 

"Sistemdə əks olunan məlumat da budur. Kredit büroları haqqında qanunun tələblərinə görə, borcalanın məlumatları 10 il ərzində məlumat bazasında saxlanılır və istifadəçilərə sorğu əsasında təqdim edilir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR