Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Səidə Quliyeva yeni layihəsini təqdim edib.
Versus.Az xəbər verir ki, sənətçi “Geçen yıl” adlı mahnısı üçün kamera qarşısına keçib. Mahnının sözləri Fərdi Tayfur və Əhməd Selçuk İlkana, musiqisi isə Fərdi Tayfura məxsusdur.
Müğənni bu layihəsini türk musiqisinin əvəzolunmaz sənətkarı Fərdi Tayfurun yaradıcılığına həsr etdiyini bildirib:
“Bu mahnı vasitəsilə muasir pop musiqisi ilə Fərdi Tayfurun enerjisini birləşdirib, çox gözəl bir iş ərsəyə gətirdik. Layihəm bütün Fərdi Tayfur sevənlərə ərmağan olsun”.
Sözügedən klip bütün musiqi platformalarında, eyni zamanda müğənninin şəxsi “Youtube” kanalında da yayımlanıb.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ