COP29-da dünyaya çağırış

13:22 19-11-2024 | icon 77 | Dünya
COP29-da dünyaya çağırış

"İqlim dəyişikliyi xalqımız üçün fəlakətə çevrilir"

 

"Mən bir neçə COP tədbirlərində olmuşam. COP29 təşkilatlanma baxımından iştirak etdiyim ən yaxşı sammitlərdən biridir. İstər nəqliyyat sistemi, istər insanların qonaqpərvərliyi, istər bələdçilik, istərsə də könüllülərin fəaliyyəti - demək olar ki, hər şey yüksək səviyyədədir".

 

Bunu açıqlamasında Coğrafiya və Ətraf Mühit Hərəkatının rəhbəri Malintle Selestina Xeleli deyib.

 

Tədbirdən gözləntilərini açıqlayan sədr bildirib ki, qəbul edilmiş qərarları xilasımız üçün həyata keçirmək lazımdır:

 

"Hər bir ölkə gələcək nəsillərimiz üçün Paris İqlim Sazişində qeyd olunan 1.5 dərəcə hədəfi qorumalıdır. Çünki bu hədd aşılarsa, iqlim sistemlərində bərpa olunmayan dəyişikliklər baş verəcək və bu da qlobal miqyasda ekosistemlərə, iqtisadiyyatlara və insan sağlamlığına mənfi təsir göstərəcək. Mənim ölkəm - Lesoto da iqlim dəyişikliyinin təsirinə həssas olan ərazilərdən ibarətdir. Ölkəmizin ərazisi dağlarla əhatə olunub, lakin bizim torpaqlar yüksək quraqlıq və səhralaşmaya məruz qalır ki, bu da iqlim dəyişikliyi səbəbindəndir. Səhralaşmanın yaratdığı yüksək temperatura isə əhalimiz çox həssasdır, çünki onların əsas həyat səviyyəsi tamamilə təbii ehtiyatlardan və yaşayış üçün lazım olan kənd təsərrüfatından asılıdır. Bu dəyişiklik onlar üçün fəlakətə çevrilir. Beləliklə, bir ölkə olaraq hazırda əhalimizi adaptasiya prosesinə hazırlamaq məcburiyyətindəyik ki, onlar iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə apara bilsinlər". /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR