Azad Şabanovun yeni işi
Müğənni Azad Şabanov yeni işini təqdim edib.
Versus.Az xəbər verir ki, "Ağrıkəsicim" adlanan mahnının sözləri Kamran Qafarlıya, musiqisi İsmayıl Əsədova məxsusdur.
Aranjımanı isə STKHA (Emin Karim) edib. Etno-afro-elektro tərzində olan ifa qrafikadan ibarət video şəklində dinləyicilərin ixtiyarına verilib.
"Arılar mən və mənim musiqimi, avtobus isə Azadsevərləri təmsil edir. Ekran işində çatdırmaq istədiyim fikir isə son günlər musiqi aləmində yaranmış zövqsüzlükdən, öz dinləyicilərimə yol tapıb, düzgün istiqamətləndirməkdir. Həmçinin videoda bir neçə insan təsviri də görmək mümkündür. Burada isə arılar, yəni mən faydalı parazit obrazında insanların qəlbini dolub, onları musiqi ilə bəsləyirəm" -deyə, Azad qeyd edib.
Qeyd edək ki, mahnı Azad Şabanovun rəsmi "youtube" kanalında və bütün musiqi platformalarında yayımlanmaqdadır.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ