Deputat Türk Dünyasının sənətçiləri, ziyalıları və təşkilat rəhbərləri ilə görüşüb

11:01 08-04-2019 | icon 692 | Cəmiyyət
Deputat Türk Dünyasının sənətçiləri, ziyalıları və təşkilat rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva: “Gənclərimizin ortaq tariximizi, keçmiş və bu günümüzü daha yaxşı bilməsinə çalışmalıyıq”

 

 

Millət vəkili Qənirə Paşayeva Türkiyədən və Cənubi Azərbaycandan (İran) tanınmış şair, yazar, sənətçilər və təşkilat rəhbərləri ilə görüşüb, Qarabağ həqiqətlərindən danışıb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırovanın dəvətilə ölkəmizə səfər edən Türkiyədə və Orta Asiyada Əhməd Yəsəvi irsinin təbliğində fəal rol oynayan Əhməd Yəsəvi Dərnəyinin rəhbəri Fatma Sönməz, Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan, Türkiyənin tanınmış jurnalisti Nurcan Sabur ,Türkiyənin tanınmış sənətçiləri – qardaş Türkiyədə Azərbaycan musiqisinin təbliğində böyük rol oynayan Nursaç Doğanişık, Bora Gencer, Pinar Eliçer və “Ah Qarabağ” əsərinin müəllifi Hilal Başkal, Təbrizdən tanınmış sənətçi İbrahim Əlizadə, Təbrizdən tanınmış şair Çalğın Məhəmməd, Antalyada keçirilən beynəlxalq moda günlərində öz dəfiləsini “Biz evimizə – Qarabağımıza qayıtmaq istəyirik” şüarı altında keçirən və dəfilə boyunca Qarabağ həqiqətləri, Xocalı soyqırımı həqiqətlərini tədbir iştirakçılarının diqqətinə təsirli yollarla çatdıran Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpur ilə görüşüb.

 

Qonaqların əksəriyyətinin ölkəmizə ilk dəfə səfər etdiklərini deyən Qənirə Paşayeva onları salamlayıb:

 

“Vətəninizə xoş gəlmisiniz. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. İlk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, gənclərimizin ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı daha yaxşı bilməsinə çalışmalıyıq”.

 

Millət vəkili “bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Q.Paşayeva qonaqlara Azərbaycan, Xocalı soyqrımı, Qarabağ həqiqətləri barədə geniş məlumat verib, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında mədəniyyətimizə vurduğu ziyanlardan danışıb.

 

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən Əhməd Yəsəvi Dərnəyinin rəhbəri F.Sönmez rəhbərlik etdiyi təşkilatın Azərbaycanda ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunu deyib. O, Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətində gördüyü işlərə görə mükafat təqdim edib.

 

Mükafata görə təşəkkürünü bildirən Q.Paşayeva bundan sonra da bu yöndə fəaliyyətini davam etdirəcəyini söyləyib.

Əhməd Yəsəvi Dərnəyi ilə Azərbaycan arasında ortaq layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinanın ölkəmizə ilk dəfə səfər etdiyini bildirən Q.Paşayeva gələcəkdə Azərbaycan, Qarabağ həqiqətləri ilə yazılar, əsərlərin yazılacağına inandığını deyib.

 

Azərbaycana ilk səfərində ön cəhbəyə getdiyini və qayıtdıqdan sonra aldığı təəssüratlarını "Ah Qarabağ" əsərində ifadə etməyə çalışdığını deyən Türkiyənin tanınmış sənətçisi Hilal Başkal budəfəki səfərindən sonra yeni əsər yazacağını bildirib.

 

Qonaqların əksəriyyətinin Azərbaycanda ilk dəfə olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bu səfərin onların yaddaşlarında dərin iz qoyduğuna əminlik ifadə edib və qonaqları yenidən Azərbaycanda görməkəyə şad olacaqlarını vurğulayıb.

Q.Paşayeva qonaqların bundan sonra Azərbaycanın tanıdılmaslnda, Qarabağ həqiqətlərinin yayılmasında daha fəal rol oynayacaqlarına inandığını bildirib. Millət vəkili görüşün sonunda qonaqlara Azərbaycan, Azərbaycanın mədəniyyəti ilə bağlı materiallar və hədiyyələr təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI