PwC Azərbaycan marşalları “2019 Formula 1 Azərbaycan Qran Prisində” iştirak edib

10:51 01-05-2019 | icon 559 | İdman
PwC Azərbaycan marşalları “2019 Formula 1 Azərbaycan Qran Prisində” iştirak edib

Bu il PwC Azərbaycan marşalları Bakı Şəhər Halqasının ən həyəcanlı və məsuliyyətli sektorlarından biri olan əfsanəvi 1-ci sektorda iştirakının dördüncü ilini qeyd edib.

 

42 marşaldan ibarət PwC komandası trekdə birgə çalışaraq, yüksək perfomans və komanda ruhu nümayiş etdirib.

Bundan əlavə, “PwC Azərbaycan”ın iki üzvü Rəna Rzayeva və Namiq Hacıyev “2019 Azərbaycan Qran Prisinin” uğurlu keçməsinə öz töhfəsini verib: Rəna baş müşahidəçi, Namiq isə yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində iştirak edib:

PwC Azərbaycan üzrə İdarəedici Partnyor Mövlan Paşayev bildirib:

"Bu təcrübə şəxsi inkişaf üçün böyük fürsət olmaqla yanaşı, real həyatda dəyərləri və davranışları tətbiq etməyimizi təzahür etdirir. Burada biz çevik hərəkət etməli və tez qərar verməli, vəziyyəti düzgün dəyərləndirməli, bir-birimizə qayğı göstərməli və mümkün variantları yenidən düşünməliyik. Formula 1 yeni bacarıqları öyrənməyə və komanda daxilində bir-birimizi daha yaxından tanımağa şərait yaratdığına görə biz bu yarışlarda iştirakımızı növbəti illərdə də davam etdirəcəyik".

 

“2019 Formula 1 Azərbaycan Qran Prisində” komandanın göstərdiyi yüksək performans və enerji həm yerli, həm də beynəlxalq F1 rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

 

PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,930 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?