Başa gələnlər əməlin proyeksiyasıdır
Karma qanunu - az və ya çox dərəcədə...
QURBAN YAQUBOĞLU
İndiyəcən dinlərdə, əlbəttə, İslam və onun Quranı da daxil, təsirləndiyim anlayış, söz, ifadə az olmayıb. İkisini indi xatırladım. Biri təsəvvüfdəki şataha-dır. Şataha ərəbcə “ş-t-h” kökündəndir, hərəkətlənmək, sarsılmaq, yürümək, titrəmək mənalarına gəlir.
Mənim çox sevdiyim məna izahlarından biri də dar məcrada olan çayın öz yatağına sığışmaması, daşması, kənara axmasıdır. Sufilikdə eşqdən, yaxud həqiqətin verdiyi həzzdən sərxoş olmaq anlamında işlədilir; bir növ sayıqlamadır sanki.
Həqiqət könülə sığmır, daşıb yayılır. Bəziləri Həllac Mənsurun "ənəl-həqq" çağırışını şataha mahiyyətiylə əlaqələndirir. Türk ədəbiyyatında şəthiyyə şeir janrı da var.
Daha bir ifadə hinduizmdə və hinduizm mənşəli dinlərdə işlənən Karma qanunudur. Karma da mürəkkəb dini və fəlsəfi anlayışdır. Sadə izahı insan taleyinin bugünkü və keçmiş fəaliyyətlə əlaqələndirilməsidir. Yəni insanın başına gələnlər onun əməllərinin proyeksiyasıdır. Nə əkirsən, onu da biçirsən sxemində olduğu kimi...
Ancaq Karma qanunu insanın yalnız bir ömrünün sərhədləri daxilində işlək deyil, dəfələrlə doğuluşu (reinkarnasiya) əsas götürən karma konsepsiyası keçmiş həyatda baş verənlərin sonrakı həyata təsirini də öz çərçivəsinə salır. Hətta səhv eləmirəmsə, irsi amil də bu qanunun şərtləri üçün keçərli hesab olunur - az və ya çox dərəcədə...
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...