Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər

19:53 30-06-2019 | icon 540 | Geopolitika
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər

Gürcüstanın Kaspi rayonunun azərbaycanlıların yaşayan Çanqilari (Qarabağlılar) kənd sakinləri magistral yol yaxınlığında etiraz aksiyası keçiriblər.

 

Versus.Az “Report”a istinadla xəbər verir ki, yerli sakinlər magistral yoldan kəndə gedən yolun bağlanmasına etiraz ediblər.

 

Əraziyə polis əməkdaşları cəlb olunub.

 

Kənd sakini Cəfər Rafiqoğlu bildirib ki, bu yaxınlarda magistral yolun kənarına dəmir konstruksiyalardan hasarlanma quraşdırılıb:

“Magistral avtomobil yolundan kəndə qədər yol 100 ilə yaxın mövcud olub. Dəmir hasarlardan sonra kəndin magistral yolla əlaqəsi kəsilib. Magistral yolda piyada keçidi qoyulmayıb. Çanqilari kəndində 80-ə yaxın ailə yaşayır. Sakinlərin kəndə gediş-gəlişi olduqca çətinləşib. Yol bağlandığından şosseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur. Avtobus və marşrut taksilər də kənd yaxınlığında saxlamırlar”.

Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun açılmasını tələb edirlər.

Şida Kartli bölgəsinin qubernator müavini Simon Quledani Çanqilari kənd sakinləri ilə görüşüb. O, sakinləri narahat edən məsələnin Yollar Departamenti ilə müzakirə olunacağı və bir həftə ərzində cavabın veriləcəyini bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI