Son DƏQİQƏ

13:33 03-07-2024 | icon 383 | Gündəm
Son DƏQİQƏ

Dövlət xidmətinin 200-dən çox işçisi məsuliyyətə cəlb edildi

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər uğurla davam etdirilir.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüşdür. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

 

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində “sıradankənar həqiqi hərbi xidmətə yararlı”, “həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” qərarları qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir ki, bu da korrupsiya hallarının qarşısının alınması, obyektivliyin təmin edilməsi və şəffaflığın artırılmasında daha da müsbət nəticələr verəcəkdir.

 

Qeyd edilib ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

 

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə