"YAP və yaxud digər partiyaların dəstəyinə gəlincə..."

17:01 03-07-2024 | icon 202 | Siyasət
"YAP və yaxud digər partiyaların dəstəyinə gəlincə..."

Fuad Əliyev: "Müəyyən mərhələdən sonra digər təşkilatlarla danışıqlara gedəcəyik”

 

"Bir neçə amil növbədənkənar parlament seçkilərinin keçirilməsinə əsas verir. Əsaslardan biri COP29 tədbirin Azərbaycanda keçirilməsidir".

 

Versus.Az xəbər verir ki, bunu prezidentliyə keçmiş namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı açıqlamasında bildirib.

 

Azərbaycan Konstitusiyasına görə, parlament seçkilərinin noyabr ayında keçirilməli olduğunu vurğulayan Fuad Əliyev qeyd edib ki, seçkilərin 2025-ci ildə keçirilməsi Konstitusiyaya zidd olardı. Onun sözlərinə görə, COP 29 tədbirini nəzərə alıb seçkiləri qabağa çəkmək heç bir ziddiyyət təşkil etmir:

 

"Parlament çoxluğu təşkil edən YAP bu hüquqdan istifadə edərək, təşəbbüs irəli sürərək, Prezidentə müraciət etdi. Bu çox düzgün və yeganə qanuni qərardır. Hesab edirəm ki, növbədənkənar parlament və ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri prezident seçkiləri kimi Azərbaycan tarixində qalacaq. Bu iki seçki prezident seçkiləri kimi Azərbaycanın bütün ərazilərində keçiriləcək”.

 

Hakim partiyanın bəzi dairələrdə müstəqil namizədləri dəstəkləyəcək bəyanatına gəlincə, F.Əliyev bildirib ki, Müstəqil Həmkarlar Birliyinin üzvləri seçkilərdə fərdi şəkildə, müstəqil namizəd kimi iştrak edəcəklər:

 

"Artıq namizədlərin siyahısı dəqiqləşdirilib. YAP və yaxud digər partiyaların dəstəyinə gəlincə, biz bu danışıqların tərəfdarıyıq. Proses indi başlanıb. Müəyyən mərhələni keçəndən sonra, biz digər təşkilatlarla danışıqlara gedəcəyik”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə