İsti yanaqlar hansı təhlükəli xəstəliyin əlamətidir?

09:10 04-07-2024 | icon 366 | Sağlamlıq
İsti yanaqlar hansı təhlükəli xəstəliyin əlamətidir?

Alimlər müəyyən ediblər ki, üz temperaturu vasitəsilə insanın yaşını, yüksək qan təzyiqi və diabet kimi xəstəlikləri müəyyən etmək olar.

 

Məlumata görə, həkimlər 21 yaşdan 88 yaşa qədər 2 800 çinli pasiyentin üz temperaturunu tədqiq ediblər. Yaşlılar gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə malik olublar. Hipertoniyası olanların yanaqları, şəkərli diabet və qaraciyər yağlanması da daxil olmaqla metabolik pozğunluqları olan insanların göz bölgələri yaşıdlarına nisbətən daha isti olub.

 

Alimlər 23 pasiyentə hər gün 800 dəfə iplə tullanmağı tapşırıblar. İki həftədən sonra onların "termal yaşı" beş il azalıb.

 

Müəlliflər üz temperaturunun ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdırmağı planlaşdırırlar. Alimlərin kəşf etdiyi temperatur fərqlərini toxunmaqla hiss etmək çətindir, ona görə də onlar süni intellekt və istilik xəritələrindən istifadə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə