Azərbaycana qarşı hansı oyunlar qurulur?

17:11 04-07-2024 | icon 113 | Siyasət
Azərbaycana qarşı hansı oyunlar qurulur?

Tofiq Abbasov: “Bu, Qərb və ermənipərəst dairələrin fitvaları nəticəsində meydana gəlir”

 

Məlumdur ki, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Samvel Şahramanyanın “xidməti avtomobili” Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar müsadirə olunub. İstintaq Komitəsi avtomobilin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işi çərçivəsində müsadirə olunduğunu bildirib. Bu ilin fevralında Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Faktlar Ermənistan hakimiyyəti ilə radikal qruplar arasında ciddi gərginliyin baş verdiyini və burada Qərbin, Avropanın bəzi qruplarının bu prosesdən maraqları naminə ciddi-cəhdlə istifadə etməyə çalışdığını ortaya qoyur. Belə bir şəraitdə Ermənistan hakimiyyətinin daxili etirazlar fonunda sülhdən yayındırılması, eləcə də erməniləri, separatçıları bəhanə edərək bölgədə öz siyasətlərini yürütməyə çalışan Qərbin regionla bağlı niyyəti birmənalı qarşılanmır.

 

Bu proseslər regiona nə vəd edir?

 

Versus.Az xəbər verir ki, politoloq Tofiq Abbasov bunun Qərb və ermənipərəst dairələrin fitvaları nəticəsində meydana gəldiyini bildirib.

 

Politiloqun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin məsələyə yanaşması tam şəffafdır, bəllidir:

 

“Belə ki, biz separatçılarla heç bir danışıqlara gedə bilməzdik, getmədik. Biz onların dərsini mübarizə meydanında, antiterror tədbirlərində verdik. Separatçılar törətdikləri cinayətlərə görə layiqli cəzalarını almalıdırlar. Bu gün Qərb dairələri və ermənilərin radikal qüvvələri separatçıları alver predmetinə çevirir və bu zəmində beynəlxalq qüvvələri Azərbaycanın üzərinə qaldırmağa çalışırlar. Bu gün guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirir və başqa cəfəngiyyatlar uydururlar. Aydın məsələdir ki, Azərbaycan mülki erməniləri Qarabaq bölgəsindən çıxarmayıb. Ermənilər özləri könüllü şəkildə müharibədən sonra ərazini tərk ediblər. Faktlar sübut edir ki, onlardan “niyə gedirsiz”-deyə soruşanda, bildiriblər ki, Şahramanyanın əmri ilə Azərbaycan ərazilərini tərk edirlər. Amma erməni vətəndaşlar hamısı getmədilər, qalanlar isə cinayətlərdə əli olmayanlardır. Gedənlərin isə əlləri qana batan, cinayətlər törədənlərdir. Onlar qorxularından Azərbaycanı tərk etdilər. İndi də hakimiyyətlə radikal qüvvələr arasında bir alət olaraq istifadə olunurlar”.

 

T.Abbasov qeyd edib ki, Bakı təcridxanasında oturan qondarma eks prezidentlərin, separatçıların azad olunması ilə bağlı Qərbin təşəbbüsləri kökündən yanlışdır. O, hesab edir ki, Qərbin havadarlığına baxmayaraq həbs olunan erməni separatçılar Azərbaycan qanunvericiliyi qarşısında cavab verməlidirlər:

 

“Artıq separatçılar tezliklə məhkəməyə çıxarılaçaqlar. Terrorçu Vaqif Xaçaturyanın aqibətini digəriləri də yaşamalıdır. Onlar Azərbaycanın qarşısında cinayətkar, terrorçudurlar. O radikallarla bağlı heç kəs Azərbaycan hakimiyyətinə təzyiq göstərə bilməz. Ola bilər ki, Prezident İlahm Əliyev bunları əfv eləsin, başqa bir formada cəzalarını yüngülləşdirsin, amma bizimlə təzyiq, diktə dili ilə danışa bilməzlər. Azərbaycan Prezidenti Kanadanın səfirinin etimadnaməsini qəbul edərkən bu məsələləri bir daha bəyan etdi. Prezident Qərbin müəyyən dairələrinin istəyi ilə “Qarabağ erməniləri nə vaxt qayıdacaq” sualını verdi, cavabını da aldı. Etnik ermənilər Azərbaycandan qovulmayıblar, istədiklləri vaxt gələ bilərlər. Amma bu, siyasi alver predmeti deyil. Bu sırf vətəndaş, vətəndaş cəmiyyətinin məsələsidir. Ermənilər miqrant kimi yox, Azərbaycan vətəndaşı olaraq geri qayıda bilər”.

 

T.Abbasov bu gün Paşinyanın təzyiqlər qarşısında olduğunu bildirib. Onun sözlərinə görə, Paşinyan radikal qüvvələri tərksilah etmək istəyir. Çünki yaxşı başa düşür ki, Qarabağdan gələn ermənilər Ermənistan daxilində və xaricdən idarə olunan bəzi qrupların qulluğundadır, onların təsiri ilə hərəkət edir. Xaricdən bəzi mərkəzlərin fətvası, maliyyə dəstəyi ilə hərəkət edir, qanunsuz işlərlə, narkotik daşımaları ilə məşğul olur, bir çox məsələləri öz xeyrilərinə həll etməyə çalışırlar. Onun fikrincə, Paşinyan anlayır ki, həmin qruplar daxildə hər an partlamağa hazır olan minalardır və onları vaxtında zərərsizləşdirmək vacibdir:

 

“Paşinyan addım-addım Azərbaycanla yaxınlaşmağa doğru gedir. Eyni zamanda anlayır ki, bu kursun alternativləri yoxdur. Çünki Azərbaycanın təklifləri Ermənistan üçün əlverişlidir. Əgər Ermənistan bundan imtina etsə heç bir qazancı olmayacaq. Ona görə də istər Avropadan, ABŞ-dan, Fransadan dəstək almaq istəyirlərsə, bunu yetim payı kimi alacaqlar. Amma Azərbaycan Ermənistana normal dövlət olmağı təklif edir. Bölgədə olub, eyni zamanda ondan kənarda olmaq özü-özlüyündə nonsesdir. Burda Azərbaycanla Türkiyə ilə bağlı doğru qərar versinlər. Birinci Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Əgər Ermənistanın konstitusiyasında Azərbaycana qarşı təhdid, hücum vədləri varsa, biz belə məmləkətlə sülh sazişinə gedə bilmərik. Ermənistan öz konstitusiyasında təhdidlərindən əl çəkərsə, sülh bağlana bilər. Ermənistanda Paşinyan hakimiyyəti başa düşür ki, vaxtı hədərə vermək olmaz. Fransadan özüyeriyən silahlar alır, Azərbaycana qarşı psixoloji təsirlər göstərməyə çalışırlar. Azərbaycanın Ermənistana qarşı kifayət qədər gücü var. Paşinyanın radikal qrupları tükənir və buna görə də keşişə qarşı heç bir tədbir görmürlər. Başa düşür ki, marginal qruplar sovrulub gedir, Kanada vətəndaşı olan keşiş suları bulandırsalar da heç bir nəyə nail ola bilməyəcəklər. Artıq Tavuş uğrunda gedən mübarizə Ermənistan uğrunda gedən mübarizəyə çevrilməyəcək. Çox güman ki, sülh müqaviləsi COP 29-a ərəfəsində imzalanacaq. Amma ona qədər Ermənistan daxilində işlərini səhmana salmalıdır. Terrorçularla, separatçılarla heç bir saziş əldə oluna bilməz. Bu qayda dəyişməzdir. Separatçı qüvvələrin və onlara xidmət edənlərin Azərbaycanda yeri yoxdur. Onlar hamısı məsuliyyətə cəlb olunacaqlar”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə