Azərbaycan böyük yeniliyin “Astana”sında

19:33 04-07-2024 | icon 104 | Siyasət
Azərbaycan böyük yeniliyin “Astana”sında

Cavanşir Abbaslı: “Bu tarixdən sonra hər şey dəyişəcək”

 

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində  “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamadə Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib.

 

Rəsmi Bakı indiyə kimi bunu rəsmi şəkildə ifadə etməsə də, belə bir istəyin olması bəlli idi.

 

Azərbaycanın BRİCS-ə üzvlüyü ona nə qazandıracaq? Rəsmi Bakı təşkilata hansı tarixdə üzv ola bilər?

 

Siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, BRICS dünyanın əsas güc sahibi sayılan ölkələrinin bir hissəsini özündə cəmləşdirən qurumdur:

 

“Təşkilatın tərkibindəki 5 ölkə çox şeyi deyir. 2050-ci ilə qədər üzv ölkələrin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi həcmini üstələyəcək. Belə bir quruma təbii ki, üzvlük bizə ancaq və ancaq üstünlüklər gətirə bilər. Bununla belə Azərbaycanın tezliklə bu quruma üzv olacağını proqnozlaşdırmıram. Çünki iqtisadi güc göstəriciləri tərəfindən həmin 5 ölkədən geri qalırıq. Amma həmin ölkələrin hər biri ilə ən müxtəlif sahələr üzrə yaxın əməkdaşlıq edirik. Hindistan Ermənistana silah satsa da, bu nəhəng ölkə ilə münasibətlərimiz düşmənçilik səviyyəsində deyil. Könül istərdi ki, bu quruma tezliklə üzv olaq. Bu bizə siyasi və iqtisadi istiqamətlərdə çox üstünlüklər qazandırar”.

 

“BRİCS hazırda inkişaf etməkdə olan maliyyə qurumudur. Hətta uzun illərdir ki, quruma üzv ölkələrin ortaq valyutasının yaranmasından da söhbət gedir. Amma təbii ki, Azərbaycan hər zaman öz milli dövlət maraqlarına nə uyğundursa, o addımı da atıb. Bu gün əgər BRICS-ə üzv olmaq arzusu ifadə edilirsə, demək Azərbaycanın maraqlarına indiki vaxtda uyğundur. Burada bir məsələ də var. Qardaş Türkiyə iqtisadi göstəriciləri və maliyyə baxımından bizdən çox öndədir. Türkiyəmizlə birlikdə də BRICS-ə niyə də üzv olmayaq? Bütün dünya onsuz da bu iki ölkəni qardaş sanır. Quruma üzvlük də elə asan proses deyil. Bu uzun zaman tələb edir. Xüsusilə hazırda Rusiya-Qərb qarşıdurmasının yaşandığını nəzərə alsaq, bu prosesə Çinin də qoşulma ehtimalını düşünsək, Hindistanın Qərblə münasibətlərinin isti olmadığını önə çəksək belə ölkələrin yer aldığı təşkilatda təmsilçilik çox həssas məsələdir”, – C.Abbaslı bildirib. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə