"Belə bir fonda Ermənistanla Azərbaycan arasında sülh ehtimalı çox zəifdir"

20:11 04-07-2024 | icon 104 | Siyasət
"Belə bir fonda Ermənistanla Azərbaycan arasında sülh ehtimalı çox zəifdir"

Vüqar Dadaşob: "Ermənistanın monoetnik mahiyyəti xüsusən türklərlə birgə yaşayışı mümkünsüz edir"

 

“Ermənistanda Paşinyan hakimiyyətinin "Ermənistana kadastr sənədi" məhz qeyd etdiyim məqamlara söykənir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Vüqar Dadaşov bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycanın Ermənistan qarşısında sülh müqaviləsinin imzalanması üçün qoyduğu konkret tələbi var. O da bundan ibarətdir ki, Ermənistan konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiasına dair müddəalar ləğv edilməlidir.

 

V.Dadaşov qeyd edib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin SSRİ nin 1991-ci il, yaxud da hər hansı bir dövrə aid inzibati xəritələr əsasında delimitasiyasını mümkünsüz hesab edib. Onun fikrincə, Ermənistanla indiki məlum şərtlər əsasında aparılan delimitasiya, sülh müqaviləsi Azərbaycanın Xalq Cümhuriyyətinin 1920-ci il Paris sülh konfransında tanınmış ərazilərinin geri qaytarılmasını çətinləşdirə bilər:

 

“Ermənistanda Paşinyan hakimiyyətinin "Ermənistana kadastr sənədi" məhz qeyd etdiyim məqamlara söykənir. Cənab prezident İlham Əliyevin Kanada səfini qəbulu zamanı Ermənistanla "sülh şərtləri" barədə açıqlaması, əslində Azərbaycanın bütövləşməsi, 1920-ci ilə ərazilərinin bərpasını özündə ehtiva edir. Azərbaycanlıların Qərbi Azərbaycana - indiki Ermənistana qayıdış məsələsi siyasi baxımdan qarşılıqlı olaraq hər iki tərəf üçün mümkün müzakirə predmetidir. Ancaq, reallıqda, ermənilərin azərbaycanlılara oturuşmuş nifrət fonunda geri dönüşü mümkün deyil. Xankəndidən köç edən ermənilər buna əyani sübutdur. Ancaq azərbaycanlıların Qərbi Azərbaycana geri dönüşü xalqın öz istək və arzusuna və dövlətimizin siyasi iradə və gücünə əsaslandığından azərbaycanlılararın geri dönüşü mümkündür. Əlbəttə ki, Ermənistan buna imkan verməməyə çalışacaq. Çünki, erməni xalqı nəticə olaraq öz dövlətçiliyinin itiriləcəyinin fərqindədir. Ermənistanın monoetnik mahiyyəti digər xalqlarla, xüsusəndə türklərlə birgə yaşayışı mümkünsüz edir”.

 

V.Dadaşov hesab edir ki, belə bir fonda Ermənistanla Azərbaycan arasında mümkün çərçivə, yaxud sülh müqaviləsinin imzalanma ehtimalı çox zəifdir. Onun sözlərinə görə, qeyd edilən sənədlər imzalansa belə, həmin sənədlərdə Ermənistnın SSRİ dövründə qanunsuz və Azərbaycanın razılığı olmadan əldə etdiyi torpaqlara "kadastr", yaxud "mülkiyyətçi" hüququ əldə edə bilməyəcək.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə