“Azərbaycan ŞƏT üzvləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu göstərdi”
Aydın Mirzəzadə: "Üçtərərfli görüş isə straeji əməkdaşıq və dostluğu daha yüksək səviyyəyə qaldrdı"
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edib. Prezidentin Astana səfərini və bu sammit çərçivəsində keçirilən görüşlər yüksək dəyərləndirilir. Sammit və ölkə Prezidentinin səfər çərçivəsində dövlət başçıları ilə keçirdiyi görüşlərin əhəmiyyəti birmənalı qarşılanmır.
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, artıq 2-ci dəfədir ki, bu nüfuzlu beynəlxalq təşkilatın sammitinə fəxri qonaq qismində dəvət edilir.
O, qeyd edib ki, Azərbaycan lideri sammit çərçivəsində təşkilata üzv olan ölkələrin rəhbərləri ilə tərəfləri maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar. Deputat Azərbaycanla Çin arasında bağlanan strateji tərəfdaşlıq müaviləsinə xüsusilə toxunub:
“Çinlə strateji əməkdaşlıq müqaviləsinin bağlanması böyük dövlətlərin Azərbaycana olan diqqətinin göstəricisidir. Təkcə Çinlə olan ticari, iqtisadi əlaqələrimiz Azərbaycanın ən böyük xarici istiqasi əlaqələr blokuna daxil olduunu göstəriri. İllik ticarət dövriyyəmiz 3 milyard dollara yaxınlaşıb. Çinin 6 şəhərində Azərbayan ticarət evi açılıb. Çin Azərbaycana məhsul ixrac etdiyi kimi, Azərbaycandan da qeyri-neft məhsulları almaqda maraqlı olduğunu göstərir. Çin Azərbaycana ən böyük investisiya yatıran ölklərdən biridir. Vaxtaşırı mətbuatda Çin İnvestorlarının Azərbaycanda qeyri-neft profilli müəssisələr açması barədə xəbərlər verilir. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu il ölkədə keçiriləcək COP 29 tədbirində ən yüksık səviyyədə iştirak edəcəkləri barədə Çin sədri Prezidentimizlə görüşdə məlumat verdi”.
A.Mirzəzadə bildirib ki, Azərbaycan Prezidentinin tədbir çərçivəsində Rusiya, Türkiyə, Pakistan, Qazaxıstan rəhbərləri ilə ikitərəli görüşləri diqqət mərkəzində oldu. Onun fikrincə, Azərbaycan, Türkiyə, Pakistan üçtərərfli görüşünün keçirilməsi isə bu üç ölkə arasında olan straeji əməkdaşıq və dostluğu daha yüksək səviyyəyə qaldrdı:
“Azərbaycan sammitdə iştirak etməklə təşklat üzvləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu göstərdi.Azərbaycan dünyaya özünü əməkdaşlıqda maraq doğiran ölkə kimi tanıda bilib. İqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbir keçirməsi Azərbaycanı dünya siyasətinin müzakirə edilən ölkələrindən birinə çevirib. Azərbaycan liderinin bu tədbirdə iştirakı ölkəmizin artan nüfuzunu, digər ölkələrlə əməkdaşlıq imkanının geniş olduğunu bir daha sübut etdi”.
T.Qafarlı
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...