"ŞƏT getdikcə böyüyən, güclənən Şərq blokuna çevrilir”
Əli Mustafa: "Artıq 14 ölkə də bu təşkilata qoşulmağa çalışır"
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünən Belarus dövlətini üzvlüyə qəbul edib. Bu təşkilata üzv olmanın əhəmiyyəti və perspektivləri yüksək dəyərləndirilməklə bir sıra ölkələrin, eləcə də Azərbaycanın da üzvlüyü və perspektivləri müzakirəyə açıqdır.
ŞƏT regiona, eləcə də Şərq dünyasına hansı gözləntiləri vəd edir?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Əli Mustafa qeyd edib ki, Şanxay Əməkdaşlq Təşkilatı daha çox iqtisadi, ticari yönlü əməkdaşlığı əhatə edir. Və əsasən şərq ölkələrini – başda ÇİN olmaqla, Rusiya, Hindistan, Pakistan, Özbəkistan, Qazağıstan və Tacikistanın iştirakçılığı ilə yaradılıb.
Ə.Mustafa qeyd edib ki, ŞƏT-in dünın başlayan zirvəsində 16 dövlətin başçıları, digər rəsmiləri iştirak ediblər. Təşkilatın üzvlərinin sayı getdikcə çoxalır. Artıq 14 ölkə də bu təşkilata qoşulmağa çalışır:
“Anlaşılan odur ki, ŞƏT getdiksə siyasi quruma çevrilməkdədir. Artıq bir Şərq bloku formalaşır. Qərbdə müxtəlif formatlarda təşkilatlanma olduğu kimi, sanki ŞƏT də AVROATLANTİK təşkilatlara qarşı Çin ağırlıqlı bir bloka çevrilir”.
Ə.Mustada bilfirib ki, artıq Belarus ŞƏT-ə üzv olaraq qəbul edildi. Eləcə də Azərbaycan, Türkiyə, Bülarus. Türkmənistan , Qətər, Birləşmiş Əmirlikləri, İran da də bu bloka qatılmağı, yaxud hələlik əməkdaşlıq edib sonradan qoşulmağı düşünürlər:
“Şanxay Əməkdaşlıq Təşkilatının əsas hərəkəvürici qüvvəsi Çindir. Çinin nəhəng ticarət əlaqələri olan və müəyən güzəştli əməkdaşlıq şərtləri həyata keçirən bir dövlətdir. Ona görə də bu gün ŞƏT getdikcə böyüyən, güclənən Şərq blokuna çevrilir”.
LƏMAN
versus.az
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...