Azərbaycan və Hindistan kinorejissorları əməkdaşlıq edəcəklər

13:30 08-07-2024 | icon 344 | Mədəniyyət
Azərbaycan və Hindistan kinorejissorları əməkdaşlıq edəcəklər

Hindistanın görkəmli siması, sevilən televiziya və film xadimi “Marwah Studiyası”nın rəhbəri Sandeep Marvah ilə “Nəriman Film Production”un rəhbəri, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov arasında iki ölkənin film sənayesinin inkişafı üçün görüş keçirilib.

 

Görüş zamanı müxtəlif film və bu sahəyə aid işlərin araşdırılması üçün atılacaq addımlarla bağlı razılıq əldə olunub.

 

“Baş ofisi Bakıda yerləşən və dünya miqyasında bir çox filialı olan “Global Film Line” istehsalat və xidmət şirkətiyik. Bizim missiyamız Azərbaycanda və xarici biznesdə kino ictimaiyyətinə keyfiyyətli, brendləşmiş peşəkar istehsal, video və fotoqrafiya xidmətləri, etibarlı və yeni növ icarə avadanlıqları, texniki dəstək, idarəetmə dəstəyi və qüsursuz müştəri xidməti təqdim etməkdir”, - deyə Nəriman Məmmədov qonağa  məlumat verib.

 

Görüş zamanı Sandeep Marvah filmlərə, televiziya üçün hazırlanmış işlərə və bu kimi bir çox nümayişlərə hər zaman qatıldığını və xüsusi nəzərində olduğunu vurğulayıb. Bundan əlavə, o, filmlə bağlı təlim proqramları və təhsili ilə məşhur olan AAFT universitetindən də danışıb.

 

S.Marvah Hindistan və Azərbaycanın kino sənayesini yaxınlaşdırmaq üçün ümumi maraqların müəyyən edilməsi və imkanların yaradılmasında işlərin mühümlüyündən bəhs edib.

 

Görüşdə bildirilib ki, bu əməkdaşlıq mədəni mübadilənin gücləndirilməsi, film istehsalı texnikaları və hekayələrin izahında yeniliklərin təşviq edilməsi, hər iki ölkənin kinorejissorlarına və tamaşaçılarına fayda verəcək birgə istehsal, film layihələrində qarşılıqlı dəstəklə nəticələnəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə