Prestijli universitetlərə keçid ballarında artım GÖZLƏNİLİR
Bazar günü II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanları keçirlib. İmtahandan iümumi gözləntilər özünü doğrultdumu?
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, imtahan suallarının çətinlik səviyyəsi 3-cü ixtisas qrupunda daha çox özünü göstərib:
"Xüsusən də ədəbiyyatda qarışıq tipli suallar diqqət çəkib. Azərbaycan dilindən salınmış sualların çətinliyi yüksək olmasa da, vaxt aparan idi. Abituriyentlər daha çox tarix suallarından razı görünürdülər. Ümumilikdə, II cəhd ilk cəhdə nisbətən azca çətin qiymətləndirilə bilər. 2-ci qrupdakı fənlərin suallarının çətinliyi l cəhddən kəskin fərqlənmirdi. I cəhdin nəticələrinə əsaslansaq, yüksək bal toplayanların sayı kifayət qədərdir. Bu da ona əsas verir ki, prestiji universitetlərdə və ixtisaslarda keçid ballarında az da olsa artım gözlənilə bilər".
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...