Sabah beş rayonda qaz OLMAYACAQ
Sabah Lerik və Yardımlı rayonlarının bir hissəsində qaz olmayacaq.
Versus.Az xəbər verir ki, Yardımlı rayonunun Vərgədüz, Bilnə və Bürzünbül kəndlərinin 500 abonentini təbii qazla təchiz edən diametri 110 mm-lik orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14:00-dan işlər başa çatanadək və eləcə də Lerik rayonunun Hıramo, Yuxarı Bilnə, Livədirqə, Mastayıl, Əvilə, Murya və Durğan kəndlərinin 550 abonentini qazla təmin edən müxtəlif diametrli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki. “Ələt-Astara-İran” sərhədi “Yenikənd-Biləsuvar” avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə.Quliyev, İ.Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin, “Qaratəpə” ölçü qovşağında quraşdırılmış “kollektordan” təbii qazla təmin edilən, diametri PE-315 mm olan “Qarayevkənd” orta təzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Sabah Neftçala rayonunun qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Payız-Qış” mövsümünə hazırlıq işləri çərçivəsində tədbirlər planına uyğun olaraq 43 və 45 nömrəli qaz tənzimləmə şəbəkələrinin (QTŞ) yenisi ilə əvəzlənməsi məqsədilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Neftçala rayonu Bankə qəsəbəsində (ümumi 400 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Qurum təbii qaz verilişinin dayandırıldığı müddət ərzində, abonentlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirinə riayət etməyi xahiş edir.
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...