Metroplitendən hər kəsi şok edəcək AÇIQLAMA
Natiq Cəfərli: "Metropoliten daha inandırıcı açıqlama yaysa idi, çox yaxşı olardı"
Son günlərin ən çox müzakirə olan mövzularından biri də ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Cəmiyyət avtobuslarda olan qiymət artımına səbəb kimi yanacağın bahalaşmasını qəbul etsə də, metrolarda olan qiymət artımını heç cürə anlaya bilmir.
Hər kəsi bir sual düşündürür: metro qatarları Aİ-92 markalı benzinlə, ya da dizellə işləyir?
“Bakı Metropoliteni” QSC bildirilib ki, “avtobuslarda gedişhaqqı artırıldı deyə, metro da eyni addıma getdi” yanaşması doğru deyil:
“Ümumiyyətlə, ictimai nəqliyyatda bahalaşma zəruri hesab olunduğu üçün qiymət artımına gedilib. İlk baxışdan elə görünür ki, Aİ-92 markalı benzin və dizeldən istifadə olunmur. Amma “Bakı Metropoliteni”nin nəqliyyat və xüsusi texnikaları var ki, hamısı da benzin və ya dizellə çalışır. Gecə növbəsində işçilər tərəfindən səhərə qədər tunellərə mal-material avadanlıqlarının aparılması, qırıntıların tuneldən səhər saatlarında çıxarılması və işçilərin depo ərazisinə qaytarılmasının hamısı təsərrüfat qatarı ilə həyata keçirilir. Bu qatar da dizellə çalışdırılır. Bundan əlavə, maşinistlərin evə aparılıb-gətirilməsinin hər biri xüsusi avtobusla təmin olunur. Bunlar bir-bir nəzərə alındıqdan sonra gediş haqqı artırılıb”.
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, metropoliten rəhbərliyi ən azı 3-4 il ictimai rəyi qiymət artımına hazırlamaqla məşğul olub:
İqtisadçı vurğulayıb ki, tez-tez çıxışlar edirdilər, sərnişindaşımanın maya dəyərinin çox yüksək olduğunu bildirirdilər. Lakin heç vaxt da məsələni izah edə bilmirdilər və ya etmirdilər ki, maya dəyəri niyə yüksəkdir:
"Bir sərnişini daşıma xərci niyə bu qədər çox hesablanır?! İndi də ümumi nəqliyyat sistemində qiymət artımına gedilməsi üçün bir şərait yaranan kimi, Metropoliten də tez bu situasiyadan istifadə edərək Tarif Şurasına müraciət etdi. Beləliklə, bütün nəqliyyat xərclərini eyni dərəcədə artırmaqla bağlı qərar verdilər. Burada alqoritm də səhv çalışır. Birinci dizel yanacağı bahalaşdırılır, sonradan da nəqliyyatın qiymətini artırırlar ki, dizel bahalaşıb. Yaxşı, dizel yanacağının qiymətini artırmasaydınız, onda belə çıxır ki, avtobuslarda da gediş haqqı artmayacaqdı?!”.
İqtisadçı bu məsələlərdə uyğunsuzluqların olduğunu qeyd edib:
“Metropolitenlə bağlı artım gözlənilən idi. Dediyim kimi, illərdir ictimai rəydə hazırlıq işləri görülürdü. Bir sərnişinin daşıma xərcini elə aylar var ki, 55 qəpik, elə ay var 90 qəpik olduğunu bəyan ediblər. Bir iqtisadçı olaraq mənə maraqlıdır ki, bunlar bunu necə hesablayırlar?! Çünki sərnişinin daşıma xərcinin hesablanmasının alqoritmi mövcuddur. Məsələn, bəzi sərnişin 5 dayanacaqdan istifadə edir, digəri bir dayanacaqdan. Bunların maya dəyəri eyni ola bilməz axı. Metropoliten daha inandırıcı açıqlama yaysa idi, çox yaxşı olardı. Təəssüf ki, belə bir açıqlama eşitmədik. Əksinə, ümumi nəqliyyatda qiymət artımının dalğasında Metropolitenin də qiymət artımına getməsinin şahidi olduq”. /globalinfo/
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...