“Traktor”un oyununda milli şüarlar

09:46 23-08-2023 | icon 173 | İdman
“Traktor”un oyununda milli şüarlar

Xanım azarkeşlərin görüntüləri gündəm oldu

 

İranın “Traktor” futbol klubu Asiya Çempionlar Liqasının təsnifat mərhələsində Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Şarca” ilə qarşılaşıb.

 

Təbrizin “Səhənd” stadionunda keçirilən görüş qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:3.

 

Matçla bağlı ən maraqlı məqamlar isə azarkeşlərlə bağlıdır. Məsələ burasındadır ki, oyunu izləyənlər arasında “Traktor”un qadın azarkeşləri də olub. Təbriz təmsilçisi İranda xanım fanatlara loyal münasibəti ilə seçilən yeganə klubdur.

 

Qadın azarkeşlərlə bağlı görüntülər sosial şəbəkələrdə gündəm olub. Onların matçdan qayıdarkən ictimai nəqliyyatda müxtəlif şüarlar səsləndirməsi də diqqət çəkib.

 

Eyni zamanda, “Əl-Şarca” ilə oyun zamanı təbrizli fanatlar Azərbaycanın birliyi ilə bağlı şüarlar səsləndiriblər.

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

DİN rəsmisindən vətəndaşlara MÜRACİƏT