“Sağlam ruh, sağlam cəmiyyət naminə” - FORUM

18:58 20-05-2024 | icon 252 | Cəmiyyət
“Sağlam ruh, sağlam cəmiyyət naminə” - FORUM

“Ahəng” Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə “Sağlam ruh, sağlam cəmiyyət naminə” psixoloji maarifləndirici forum keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirin məqsədi gənclərin psixoloji maariflənməsinə dəstək göstərmək, yaşlı təbəqənin insanlarının təcrübəsini onlara ötürmək, hər iki nəslin qarşılıqlı disskusiyasını təmin etmək olub.

 

Formda çıxış edən “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təsisçisi və direktoru Vüsalə Əmiraslanova psixoloji sağlamlığın əsaslarının nəyə söykəndiyindən, eyni zamanda milli ruhun, sağlam qidalanmanın və sağlam düşüncənin özəlliyindən danışıb. Eyni zamanda, bu gün ailələrdə baş verən və çox aktual olan müxtəlif psixoloji vəziyyətlərə diqqət çəkib.

 

 

Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, şəhid anaları, qazilər, tədris mərkəzlərinin rəhbərləri, psixoloqlar, təhsil ekspertləri, müəllimlər, valideynlər və tələbələr də iştirak ediblər.

 

Forumda spikerlərə söz verilib. Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub sağlam cəmiyyətin əsas xüsusiyyətlərindən danışıb. Dövrümüzdə vətənpərvərlik ruhunun və əxlaqın gənclərə aşılanmasının önəminə diqqət çəkib.

 

 

Psixoloqlar Günay Kərimi və Fidan Nizamova ailədə valideyn və övlad münasibətlərinin tənzimlənməsində mühüm olan məqamlara toxunublar. Müəyyən psixoloji durumlarda hansı addımların atılmalı olduğundan bəhs ediblər.

 

 

Spikerlər, tarix elmləri doktoru İradə Əlili və iqtisadşı ekspert İndira Şəmsivari isə müasir dövürdə uğurlu qadın və qadının ailədəki rolu mövzularına toxunublar. Karyera üzrə mütəxəssis Orxan Mahmudov isə karyerlarını qurmaq istəyən tədbir iştirakçılarına əsas hesab etdiyi 3 istiqamətdən danışıb.

 

Forumun digər qonaqları Dəstək qrup idarə heyətinin sədri Sakit Səmədov və AzEstetik qrupun təsisçisi Fariz Məmmədovun çıxışları xüsusilə diqqət çəkib. Onlar biznesdə sağlam mühit, kritika, yoxsa dəstək kimi məsələlərə münasibət bildiriblər. Uğur hekayələrini bölüşən iş adamları uşaqlıq illərindən bugünədək keçdikləri həyat yolundan danışıblar. Ailələrinin və cəmiyyətin onların formalaşmasında nə kimi rol oynadığından söz açıblar.

 

Daha sonra forumun sponsorları, təşkilati və media dəstəyi göstərən şirkətlər də çıxış ediblər. Onlar psixoloji maarifləndirmə yönümlü belə tədbirlərin mütəmadi keçirilməsinin vacib olduğunu vurğulayıblar. Dəvətə görə, “Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinə minnətdarlıqlarını bildiriblər.

 

Təşkilatçı psixologiya mərkəzinin rəhbəri V. Əmiraslanova isə öz növbəsində xüsusi sponsorlar – “Moon group” şirkətinə, “Şəhrizad” uşaq baxçasına, rəsmi tərəfdaş Kiçik və Orta Biznes Subyektləti Assosiyasiyasına (KOBSKA), “Agrostar” şirkətinə, təşkilati dəstəkçi “Nur collection”na, “World” Karyera Peşə Mərkəzinə, “Able” Uşaq Mərkəzinə, “İnsun” Yaşam Mərkəzinə, “Hazel” MMC-yə , “Fiday” Uşaq İnkişaf Mərkəzinə, “Brout house” və “Logitrans” logistika və “Bella” şirkətinə, “Rebrain” Akademiyasına və Azərbaycan Texniki Universitetə, bu ali təhsil ocağının könüllülərinə yaratdıqları şəraitə və dəstəyə görə təşəkkür edib.

 

Tədbirdə musiqili qonaqlar da olub. Onlar öz ifaları ilə foruma rəng qatıblar. Sonda təşkilatçılara və iştirakçılara sertifikatlar təqdim edilib, xatirə fotoları çəkilib.

 

 

 

Qeyd edək ki, forumun media dəstəkşisi isə “Bu gün Tv Media Qurumu” və Media Tədris Mərkəzi olub.

 

 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

Brilliantdan yeni layihənin ANONSU

COP29 viza müraciət sistemi AKTİVLƏŞDİRİLİB

İki universitetə yataqxana TİKİLƏCƏK

Dördüncü "Yüksəliş" müsabiəsinin FİNALÇILARI

Rusiyada təyyarə QƏZASI

“Bu, üçtərəfli görüşün anlamını bir daha dünyaya bəyan etdi”

Xalq artisti “İnklüziv ayı” layihəsinin bağlanış mərasimində

İtmiş dünya

“İrəvan” futbol komandası bütün yarışlardan KƏNARLAŞDIRILIB

Sarı və narıncı XƏBƏRDARLIĞI

Elxan Şahinoğlu imzatoplama kampaniyasına BAŞLAYIB

İctimai nəqliyyatda tələbələr üçün GÜZƏŞT

Tovuz döyüşlərindən 4 il ÖTÜR

Ermənilərin mənimsədiyi “Qarabağ” Yutubdan SİLİNDİ