Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

16:28 21-05-2024 | icon 451 | Siyasət
Azərbaycan-İran birgə layihələrindən GÖZLƏNTİLƏRİMİZ

Könül İsmayılova: “Bu layihələrin uğurla yerinə yetiriləcəyinə və müsbət nəticə verəcəyinə əminəm”

 

“Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb. Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürütməkdə maraqlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində etdiyi çıxışı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

K.İsmayılova qeyd edib ki, ölkə başçısının “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı vurğuladığı “bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir” sözləri bir mesaj idi:

 

“Cənab Prezident demiş oldu ki, Bakı Tehranla münasibətlərini özü müəyyən edir və heç bir kənar təsirə, ya da təklifə açıq deyil. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisə və bu Layihələrin reallaşdırılması hər iki ölkənin dostluğunun növbəti təzahürü sayılır. Ölkələrimizin dostluğunun isə dərin kökləri və tarixi var”.

 

Azərbaycanla İranın gələcəyə yönəlmiş əməkdaşlığına diqqət çəkən K.İsmayılova bildirdi ki, qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək birgə planlar özünü göstərəcək.

 

Azərbaycan prezidentinin hər iki ölkəni birləşdirən layihələr arasında nəqliyyat layihələrinin xüsusi rol oynaması fikrinə diqqət çəkən xanım siyasətçi Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylərin nəticəsi olaraq real layihələrin ərsəyə gəlməsini müsbət dəyərləndirib. K.İsmayılova vurğuladı ki, İran və Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi ölkə başçısının da bəyan etdiyi kimi, Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcək:

 

“Cənab Prezident çıxışı zamanı bütün bunlarla yanaşı Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsindən də bəhs etdi. Diqqətə çatdırıldı ki, avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Qeyd edim ki, bu birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, həm bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edə biləcəyik. Cənab İlham Əliyevin bu əminliyi qarşıda duran birgə layihələrin uğurla yerinə yetiriləcəyindən və müsbət nəticə verəcəyindən xəbər verir”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI