Bayraktaroğlu Bakıda generallarla görüşdü

18:59 21-05-2024 | icon 213 | Cəmiyyət
Bayraktaroğlu Bakıda generallarla görüşdü

Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Versus.az-a Müdafiə Nazirliyinidən məlumat verilib.

 

Görüşdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları, eləcə də Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub, əklil və gül dəstələri qoyularaq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

 

Müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

 

Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.

 

Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində bu cür görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Sonra Türkiyə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

 

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşlər zamanı qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluq ifadə edilib.

 

Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunların qərargahını ziyarət ediblər. Qərargahda təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

 

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI