"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

20:36 22-05-2024 | icon 368 | Siyasət
"Bu cür elanlar mütləq şəkildə araşdırılmalıdır"

Razi Nurullayev: "Dövlət tərəfindən nəzarət olunmalıdır ki, heç kim gizli yollara əl atmasın”

 

“Sosial şəbəkələrdə, elan qəzetlərində və saytlarında şirnikləndirici iş elanları verilir. Bəzən elə əmək haqları təklif olunur ki, xeyli insanın başı dönür. Ofisə dəvət olunan qurbanlara o qədər yağlı vədlər verilir ki, o qurbana çevriləcək adam düşünür ki, bir neçə aya yaxşı qazananlar və yaşayanlar qrupuna daxil ola biləcək. Elələri olur ki, xəyalındakı qazancadan başı fırlanaraq kredit altına girir. Bu cür elanlar mütləq şəkildə araşdırılmalı və barələrində qanuni tədbirlər görülməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında təkliflərlə çıxışı zamanı bildirib.

 

Deputat eyni zamanda şəbəkə biznesinə diqqət çəkib. Onun sözlərinə görə, şəbəkə biznesinə qarşı ciddi tədbirlər görülsə də, internet üzərindən yenə də həyata keçirilir. Bu sahədə kütləvi maarifləndirmə tədbirlərinə ehtiyac yarandığını deyən deputat önə çəkdiyi problemlər üzrə vəziyyətin hansı səviyyədə olması ilə bağlı aidiyyatı orqanlara müraciət ünvanlayıb:

 

“İnternet üzərindən müxtəlif oyunlar təklif olunur və vətəndaşlarımız ciddi şəkildə qurbanlara çevrilir. Bəzi işbazlar internet üzərindən oyun platformalarını satır və onu yerli adamlar alaraq şəbəkə biznesi yaradır. Ya bacarıqsızlıq, ya da elə dələduzluq yolu ilə yüzlərlə vətəndaşı tora salaraq həyatlarını puç edirlər. Sonra qurbanların və platformanı işlədənlərin valideynləri gəlib bizim qapımızı döyür ki, kömək edin, uşağım günahsızdır”.

 

R.Nurullayev təklif edib ki, internet platformaları üzərindən oyunlar biznesi sahəsində monopoliya sisteminə son qoyulmalı, hər kəsə qanunvericilik səviyyəsində bərabər iş görmək imkanları yaradılmalı və dövlət tərəfindən nəzarət olunmalıdır ki, heç kim gizli yollara əl atmasın.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?