Bir təşəkkür yazısı...

22:14 23-05-2024 | icon 349 | Cəmiyyət
Bir təşəkkür yazısı...

Bu yazı dəyərli bir insan haqqında olduğu üçün çox sevinclə yazıram...

 

Bu həyatda insan yaxşılıqları ilə yadda qalır. Etdiyin yaxşılıqlara görə bir gün Allah səni mükafatlandırır. 2012-ci ildə cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Taleh Azay oğlu Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı vəifəsinə təyin olundu. Taleh Qaraşov bu vəzifəyə təyin olunduğu gündən vətəndaşlara diqqət və qayğı göstərir. Onun xidmətləri haqqında saatlarla, günlərlə danışmaq və yazmaq olar.

 

Taleh Qaraşovun həyatımda və yaradıcılığımda həm maddi, həm də mənəvi cəhətdən böyük zəhməti vardır. Həmin zəhməti itirmək böyük günah olar...

 

O, həmişə sənətimdə mənə böyük dəstək olmuş, ifalarımın rayon və ümumiyyətlə, dövlət tədbirlərində səsləndirilməsinə şəxsən onun tapşırığı əsasında şərait yaradılmışdır. "Allahverəni bütün gənclərə örnək bilirəm" -deyən icra başçımız, həqiqətən də gənclərə böyük dəstək, diqqət və qayğı göstərir. Onların problemlərinin həlli üçün müvafiq tapşırıqlar verir...

 

Bu gün bir gənc olaraq Taleh müəllim Qaraşovla fəxr edirəm. Biz lənkəranlılar çox xoşbəxtik ki, bizim Taleh müəllim kimi icra başçımız var.

 

May ayının 20-si çox hörmətli icra başçımız Taleh Qaraşovun doğum günüdür.

Dəyərli Taleh müəllim, sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı və bu şərəfli, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Siz mənim üçün, gənclərimiz üçün və bütün lənkəranlılar üçün çox dəyərlisiniz. Sizə arzularım sonsuzdur. Həmişə yaşayın, var olun. Siz yaşamağa layiqli bir insansınız. Xoşbəxtəm ki, həmişə sizin xeyir-duanızı almışam, dəyərli sözlərinizi eşitmişəm. Sizə ən xoş arzularımı bildirirəm. Uca Allah sizi qorusun, sizi biz gənclərə çox görməsin!

 



Allahverən Pərvizoğlu
/gənc müğənni, ictimai fəal/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?