Ermənistan payıza qədər TƏHVİL VERƏCƏK

08:36 24-05-2024 | icon 364 | Gündəm
Ermənistan payıza qədər TƏHVİL VERƏCƏK

Ermənistanın “Fakt” nəşri məlumat yayıb ki, demarkasiya prosesinin növbəti mərhələsində Naxçıvanın işğal altındakı Kərki kəndinin sakinlərinə buranın boşaldılmalı olduğu və Azərbaycana təhvil veriləcəyi deyilə bilər.

 

Ümumiyyətlə, Kərki kəndinin hazırkı məqamda geri qaytarılması gözlənilirmi?

 

Versus.Az xəbər verir ki, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, 4 kənd məsələsinin həllindən sonra anklavlar müzakirə mövzusu ola bilər:

 

“Prosesə Naxçıvanın Kərki kəndindən başlanılması mümkündür. İki ölkə arasında sülh müqaviləsi imzalanacaqsa, həmin kəndlər də boşaldılmalıdır. Bu proses Azərbaycandan çox, Ermənistana lazımdır. İrəvan hökuməti vaxtında prosesi yerinə yetirsə, heç bir maneə qalmayacaq. Həmin anklavları yaradanlar vaxtilə keçmiş SSRİ rəhbərliyi olub. Azərbaycan torpaqları hesabına Ermənistan ərazisi böyüdülüb”.

 

Siyasi şərhçinin fikrincə, payıza qədər delimitasiya və demarkasiya məsələləri öz həllini tapmalıdır:

 

“Hazırda revanşist qüvvələr Ermənistanda hakimiyyət çevrilişi etməyə cəhd edir, aksiyalar keçirir. Kərki kəndi həm strateji önəminə, həm də tarixi ədalətə görə Azərbaycana qaytarılmalıdır. Əks halda bu, sülh prosesində problemlərə səbəb ola bilər”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?