Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ

19:34 27-05-2024 | icon 387 | Sosial
Tozlu hava ilə bağlı XƏBƏRDARLIQ

Bu xəstəliyi olanların həyatına təhlükə var

 

Dünəndən Bakı və Abşeron yarımadasında havanın tozlu olması ictimaiyyətdə təşvişə səbəb olub. Belə ki, insanlar toz səbəbindən müxtəlif xəstəliklərin yaranmasından, təbiətə ziyan gəlməsindən narahatdırlar.

 

Bakıda tozlu havanın səbəbi nədir? Belə hava insan orqanizminə, təbiətə, bitkilərə nə qədər təhlükəlidir?

 

Mövzu ilə bağlı danışan ekspert Rövşən Abbasov deyib ki, bu, irimiqyaslı regional şəraitdə baş verən bir tozlanmadır.

 

Onun sözlərinə görə, Xəzər dənizinin Cənub və Şərq hissəsində baş verən toz fırtınaları Azərbaycan ərazisinə də gəlib:

 

Rövşən Abbasov

 

“Nəticədə Azərbaycan ərazisində toz səviyyəsi normadan 3-4 dəfə artıq olub. Əlbəttə, burada qəsdlə çirklənmə halından danışmaq olmaz. Düşünməsinlər ki, bunu kimsə bilərəkdən törədib və s. Qəti şəkildə belə bir şey yoxdur. Sadəcə, tozlanma mütəmadi olaraq baş verən hadisədir. Tezliyi bir qədər az olduğu üçün bizə qəribə gəlir. Məsələn, belə hadisələr hər 5-10 ildə bir dəfə də olsa müşahidə olunub. Azərbaycana gələn toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Onun mənbəyi Qaraqum, Qızılqum səhralarında və İranın şimalında baş verən mütəmadi fırtınalardır”.

 


Ekspert deyib ki, toz Xəzər dənizi üzərindən keçməklə Azərbaycana gəlir:

 

“Burada insanlar mütləq özlərini qorumalıdır. Çünki havanın keyfiyyəti çox aşağı düşən zaman həssas insanların nəfəs almasında çətinlik yaranır”.

 

Tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla tozlu havanın insan orqanizminə zərərli təsirindən danışıb. Onun sözlərinə görə, tozun mənşəyi çox önəmlidir:

 

Adil Qeybulla

 

“Toz radioaktiv, kimyəvi tərkibli və s. ola bilər. Amma bu, bizə kənardan gələn, yəni transsərhəd tozdur. Ona görə də bir gün ərzində tam dağılıb getməlidir. Məsələ burasındadır ki, meteoroloqların verdiyi məlumata görə, dünən saat 10-da artıq havada tozun konsentrasiyası 3.5 dəfə çox idi. Bu isə həddindən artıq ziyanlıdır”.

 

A.Qeybulla insanlara məsləhət də verib:

 

“Xüsusilə ağ ciyər xəstəliyi, vərəmi, bronxial astması, allergik xəstəliyi və s. olanlar üçün istənilən halda bu toz ziyanlıdır. Tozun tərkibini bilmədiyimiz üçün mütləq məlumat verilməlidir. Dünən müşahidə etdim, insanlar maskadan istifadə etmirdilər. Belə havada yaxşı olar ki, maskadan istifadə edilsin. Ən azından tozun nəfəs yollarına düşməsinin qarşısını almış olarlar. Bu cür hallarda insanlara televiziya vasitəsilə, müxtəlif vasitələrlə məsləhətlər verilməlidir ki, insanlar necə davranmalı olduqlarını bilsinlər”. /Globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?