"Xocalı şəhəri xüsusi önəm kəsb edir"

14:40 30-05-2024 | icon 206 | Siyasət
"Xocalı şəhəri xüsusi önəm kəsb edir"

Fəzail İbrahimli: “O körpələrin, ağsaqqalların vətənə qayıtması Xocalı yarasının məlhəmidir”

 

Mayın 28-də Azərbaycanın işğaldan azad edilmiş daha bir şəhərinə - Xocalıya ilk köç baş tutdu. Həmin vaxt ölkə başçısının Xocalıya etdiyi səfər və orada etdiyi çıxışlar diqqətlə izlənməklə, növbəti mesajlarını almış oldu.

 

Xocalıların öz yurduna qayıdışı və orada Prezidentin dilindən deyilən sözlər hansı hədəfləri ortaya qoydu?


Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin sədr müavini, Fəzail İbrahimli bildirib ki, Xocalı şəhərinə olan bu köç karvanı və Cənab Prezidentin Qarabağa səfərinə zaman daxilində sadə gediş kimi baxmaq olmaz. Onun fikrincə, Prezidentin hər səfərinin arxasında dünya səviyyəli bir mesaj durur.
“Ölkə başçısının bütün tarixi günlərdə, ad günlərində Qarabağa etdiyi səfərlər -“Qarabağ alınıb, Qarabağ dirçəldilir, onun lideri var və biz heç kəsin diqtəsi ilə hərəkət etməyəcəyik”- mesajını verir”.

 

F.İbrahimli hesab edir ki, işaldan azad olunmuş ərazilərə edilən səfərlərdə Xocalı şəhəri xüsusi önəm kəsb edir. Çünki Xocalıda törədilən soyqırım tarixin ən böyük faciələrindən biridir və dünya bu hadisəyə şahidlik etsə də, susdu:

 

“Xocalı faciəsi sübut etdi ki, Ermənistan üçün Böyük Ermənistan ideologiyası var və bu, yarandığı gündən addım-addım irəliləyirdi. Belə ki, Ermənistan dövlətini yaradıb, ərazisi genişlənib, Azərbayacanın 20 faiz torğını işğal edib və oturub. Ermənistan gəncləri, hərbçiləri aparlan “uğurlu siysətin” nəticəsini gözləri ilə gördü. Əgər Sarkisyan “biz Xocalını ona görə törətdik ki, bunlar bilsinlər ki, biz heç kimə güzət edən deyilik” sözlərini çəkinmədən deyə bilirdisə, artıq dünyanın “ədaləti”nin hansı səviyyədə olduğu aydın görünürdü. Azərbaycana qarşı törədilən cinayətlər dünyanın gözü qarşısında baş verirdi. Amma gözləri kor, qulaqları kar idi. Dünyanın səfirləri Azərbaycanda oturmuşdu və gözlərinin qarşısında baş verən faciəni görmürdülər. Xocalıya ədalət fəryadı ilə bütün dünyaya çıxırdıq. Dünya təşkilatları qarşısında məsələlər qaldırırdıq. Sonra məlum oldu ki, bizi aldadırlar. Bundan sonra Azərbaycan qəti addımlar atıb işğala son qoydu.”

 

F.İbrahimli dünyanın dəyişdiyini və Qarabağı işğaldan azad etməklə dəfn edilən "böyük Ermənistan" ideologiyasının tabutunda bir mismar vurulduğunu bəyan edib:

 

“Artıq o ideologiyaya inam itdi. İndi Daşnaqsütun Partiyası nə qədər səs-küy yaratmağa çalsa da, bu yanlış siqnallardır, çünki artıq iflasa uğrayıb. Daşnaqsütun Partiyasının idelogiyası, Xocalıda insanlığa sığmayan bir hərəkət kimi göründü, iflasa uğradı. İndi cənab Prezident Xocalıya gedir, orada açılışlar edir, o torpaqlarda qürurla addımlayır. Bu, hər bir Azərbayacanlıda qürur hissi yaradır. Prezidentin Qarabağda atdığı addımlar, Xankəndidə keçirilən parad, Şuşada keçirilən tədbirlər dünya dövlətlərinə “siz Azərbaycanı tanıyın, bilin, bura Azərbaycandır, bu torpaqların sahibi bizik, lideri mənəm, heç kəs bizə diqtə edə bilməz” mesajıdır”.

 

F.İbrahimli bu səfərlər bu günlər Xocalının yarasına daha bir məlhəm qoyulduğunu qeyd edib:

 

“Xocalının göz yaşları quruyur. Bu gün Xocalı ayaq üstədir. Onun azadlığı uğrunda dünyasını dəyişən şəhidlərin ruhu şaddır. O körpələrin, ağsaqqalların vətənə qayıtması Xocalı yarasının məlhəmidir”.

 

F.İbrahimli Cənab Prezidentin Müstəqillik günü Xocalıya səfərini cumhuriyyət qurucularının da ruhunu şad etdiyini deyib:

 

“Onlar da vətən uğrunda öz canlarını fəda etdilər. Nəsib bəy Yusifbəylinin bu gün də qəbri məlum deyil. Fətəli Xan Xoyskini güllələdilər, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyov Fransada ahuzarla dünyasını dəyişdi, Məmmədəmin Rəsulzadə "Azərbaycan-Azərbaycan" deyərək dünyasını dəyişdi. Bu gün onların da ruhu şaddır. Uğrunda mübarizə apardıqları Azərbaycan bu gün dünyaya nümunə olan bir ölkə kimi həyatını davam etdirir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI