Xalq artisti “Qarabağ” futbol klubu ilə görüşdü

21:55 30-05-2024 | icon 422 | Şou-biznes
Xalq artisti “Qarabağ” futbol klubu ilə görüşdü

Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlara” adlı sosial layihəsi çərçivəsində futbol əfsanəmiz Qurban Qurbanov və ”Qarabağ” futbol klubu ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Layihənin əsas məqsədi uşaqların inkişafına dəstək olub, idmana olan həvəsi artırmaqdan ibarətdir.

 

Pop star görüş zamanı maraqlı anlar yaşayıb. O, həmin anları şəxsi “İnstagram” hesabında paylaşıb:

 

“Bu görüş mənim üçün unudulmaz oldu. İlk milli uşaq markamız “Şokki mokki” və Vuvuzela Medianın dəstəyi ilə Fəxri Səfiri olduğum “Kiçik addımlarla böyük uğurlara” və “Məktəbim” layihəsi çərçivəsində şirin - şəkər uşaqları ilə bərabər futbol əfsanəmiz Qurban Qurbanovla və qürurumuz “Qarabağ” futbol klubu ilə görüşdük. Az qaldı, uşaq futboluna və uşaq idmanına həsr etdiyim Himni fəxrlə səsləndirəcəm. İnanıram ki, bu görüş balacaların idmana olan həvəsini və sevgisini daha da artıracaq”.

 

Onu da xüsusi olaraq vurğulayaq ki, pop star bu yaxınlarda uşaq futboluna və idmanına həsr olunan Himnin təqdimatını edəcək. Əsərin musiqisi Tünzalə Ağayevaya, sözləri isə Elnurə Nağıyevaya məxsusdur.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?