AB-da əsas aparıcı ölkələr Almaniya və Fransadan ibarətdir

15:02 31-05-2024 | icon 1291 | Geopolitika
AB-da əsas aparıcı ölkələr Almaniya və Fransadan ibarətdir

Natiq Miri: “Avropa özünün geoisiyasi, geoiqtisadi maraqlarını müdafiə edə bilmir”

 

“Bizim Avropa Birliyinə onsuz da etimadımız yox idi. Ancaq beynəlxalq səviyyədə bəlli olur ki, Avropa strukturları ciddi mənada kriminallaşıb. Bütün qərarlar sadəcə olaraq Avropa məkanının, siyasi birliyinin maraqlarına uyğun deyil, konkret ayrı-ayrı insanların maraqlarına uyğun qəbul olunur”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri Avropa Parlamentində yeni rüşvət, korrupsiya qalmaqalı və bu quruma bundan sonra göstərilən etimadsızlıqla bağlı bildirib.

 

N.Miri bildirib ki, bu gün ifşa olunan hadisə ondan ibarətdir ki, parlamentdə olan bəzi nümayəndələr ayrı-ayrılıqda müəyyən şəbəkələrə, onların kriminal maliyyələrinə xidmət edir:

 

“Bu cür insanlar vasitəsi ilə hər zaman qlobal maliyyə şəbəkələri, dövlətlər, güc mərkəzləri özünün geosiyasi maraqlarını təmin edirlər. Əks halda təqdirdə də təzyiq xarakterli beynəlxlaq ictimai fikir, müəyyən haqsız, ədalətsiz sənədlərin qəbuluna şərait yaradıblar. Azərbaycan, Türkiyəyə qarşı qəbul olunan qərarlar da bu kontekstdədir. Çünki indiki vəziyyətdə Azərbaycan Avropa Birliyinin təhlükəsziliyinə bu qədər töhfə verərkən Azərbaycanla münasibətlər sistemini korlamaq Avropa Birliyinin maraqlarna uyğun deyil. Avropa Parlamenti Avropa Birliyinə aid bir struktur deyilmi… Demək ki, idarəetmə məsələsi baxımından ciddi problemlər var”.

 

N.Miri qeyd edib ki, Avropa Birliyində əsas aparıcı ölkələr Almaniya və Fransadan ibarətdir:

 

“Avropa Birliyi strukturlarına rəhbərlər seçiləndə də bu yöndə ciddi rəqabət olur və bunun nəticəsi nəzərə alınır. Bəzən müəyyən balans yaradılaraq ya Almanıyanın, ya da Fransanın siyasətçiləri rəhbər olaraq yer alırlar. Bu faktın özü göstərir ki, xarici siyasəyində ciddi boşluqlar var. Avropa məkanı parçalanmaq təhlkəsi ilə üz üzədir. Avropa vahid məkan olaraq özünün geoisiyasi, geoiqtisadi maraqlarını müdafiə edə bilmir. Azərbaycan bütün region dövlətləri ilə siyasi iqtisadi əlaqələrini sürdürməklə bərabər ciddi inteqrasiya etməli olduğu yeganə məkan Türk dünyasıdır”.
Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?