"Bu, Rusiyaya meydan oxumaqdır"

15:30 31-05-2024 | icon 1457 | Geopolitika
"Bu, Rusiyaya meydan oxumaqdır"

Fuad Əliyev: "Belə gedişat Paşinyan üçün yaxşı gələcək vəd etmir"

 

İrəvan Kremlə açıq demarş edir. Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb. Bildirilib ki, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına səbəb olacaq. Buna qədər isə Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasını boykot etməklə Moskvaya “əlcək atmışdı”. İndisə Birinci kanalın yayımı bloklanıb.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi ekspert Fuad Əliyev hesab edir ki, Ermənistan hakimiyyəti Rusiya əleyhinə addımlarını sürətləndirir və getdikcə gərginliyi artırır.

 

Ekspertin sözlərinə görə, Rusiya telekanallarında Paşinyan tənqid olunur, amma eyni yanaşmanı erməni televiziyalarında da görmək olar. F.Əliyevin fikrincə, sonuncu qərar münasibətləri daha da kəskinləşdirəcək:

 

“Əvvəlcə Solovyovun efiri bloklandı, indi isə dövlətin kanalına stop qoyuldu. Bu, Rusiyaya meydan oxumaqdır. Ola bilsin ki, müzakirələr nəticəsində məsələ həllini tapsın, borc ödənilsin, hələ ki rəsmi təqdimatı belədir. Amma belə gedişat Paşinyan üçün yaxşı gələcək vəd etmir. Onun Rusiya ilə düşmənçilik siyasəti hakimiyyətinin davamlı təzyiq altında qalmasına səbəb olur. Rusiya hələ ki dözümlü davranır, amma yekunu gözləyir”. 

 

Fuad Əliyev qeyd edib ki, iki ölkə arasında informasiya mübadiləsi, bu yöndə əməkdaşlığa dair razılaşmalar mövcuddur:

 

“Ermənistanın Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi var. İndi İrəvan bəyan edir ki, bu sənəd birtərəfli qaydada ləğv edilə bilər. Amma Ermənistanda da antirus ab-havası gücləndirilib. Yəni Rusiya telekanalları Paşinyan hakimiyyətini boş yerə tənqid etmirlər. Rusiya üçün müttəfiq və dost görünən Ermənistanda əhalidə ruslara qarşı mənfi rəy yaradılıb. Bu da Moskvanın xoşuna gəlmir. Buna qədər də məktəblərdə rus sektorunun bağlanması və digər addımlar atılıb”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?