Bizim Vəli Əsmətov...

17:52 31-05-2024 | icon 274 | Cəmiyyət
Bizim Vəli Əsmətov...

Bizə məlum olan və ya olmayan aləmlərin heç birində yad olan kimsə, eləcə də heç nə yoxdur. Bütün aləmlər yalnız Allahın yaratdıqlarından ibarətdir. Allah isə heç kimi, heç nəyi nahaq yaratmayıb. Qeyri-səlist məntiqə əsasən, Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq insanlar arasında fərq qoyulmamalıdır və kiməsə yuxarıdan aşağı baxmaq haqqı heç kimə verilməyib. Qanun-qaydalar, qadağalar insanların düşüncəsinin məhsuludur. Əmin-amanlıq, sülh, nizam-intizam olsun deyə, sonradan düşünüb həyata keçiriblər...

 
 
 
 
Bu an yadıma “xuliqan” kəlməsi düşdü. Yəqin ki təsdiq edərsiniz, bu ifadə ictimai nizam-intizamı pozan adamlara deyilir. Əslində, “Xuliqan” adam adıdır. Bir vaxtlar bu adı daşıyan nadinc bir ingilis uşağı həyətdə tay-tuşları ilə oynayarkən tez-tez dava saldığından, anası “Xuliqan, Xuliqan!”- deyə çığıraraq onu sakitləşdirməyə çalışırmış. Sonradan bu ad bütün dünyaya yayıldı. “Filankəs xuliqandır”, “xuliqanlıq eləmə” kəlmələri də bu addan yaranıb...
 
 
 
Kimki Azərbaycan Tibb Universitetinin professoru Vəli Əsmətovla hələ də tanış olmayıbsa, deməli həyatda çox şeyi itirib. Vəli müəllim bir başqa aləmdir. Yoldaşlığına, dostluğuna söhbət ola bilməz. Əsl kişilərə xas olan çox xüsusiyyətləri var, sadalamaqla bitməz. Gözütox, sadə, təvazökar, təmənnasız adamlardandır, o qədər adama yardımçı olub ki...
 
 
 
Heç vaxt mərdi namərdin ayağına vermir, heç zaman kiminsə dalıyca danışmır. Dürüstlüyün aşiqidir, düz danışan adamlara doğması kimi baxır. Necə deyərlər, sözü varsa gizlətmir, şapalaq kimi adamın sifətinə çırpır. Bəli, professor Vəli Əsmətov əyilməz, məğrur, ləyaqətli kişilərdəndir...
 
 
 
Bəli, o da uşaqlıqda nadinc, sözgötürməyən, təəssübkeş, bir sözlə, zirək uşaq olub. Onun bu zirəkliyi təhsildə də özünü biruzə verib. Dərslərinə ciddi yanaşıb və böyüyüb alim, professor olub. Ümumiləşdirib onu deyə bilərəm ki, əsl KİŞİ adamdır. Əgər hər hansı bir ssenarist onun obrazını yarada bilsəydi, bu rolu yalnız mərhum Fuad Poladov ifa edə bilərdi...
 
 
Vəli Yadulla oğlu Əsmətov 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-1980-ci illərdə Çayüzü kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə olub. 1984-1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə-profilaktika fakültəsində ali təhsilə yiyələnib, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə institutun Böyük Elmi Şurasının qərarı ilə Farmakologiya kafedrasında baş laborant vəzifəsinə təyin olunub. 1991 - 1994-cü illərdə farmakologiya ixtisası üzrə aspiranturada əyani təhsil alıb və tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnib. 1995-ci ildə Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının V.V.Zakusov adına Elmi-Tədqiqat Farmakologiya İnstitutuna ezam olunan Vəli Əsmətov elə həmin ildən institutun doktorantı olub. 1995 - 2005-ci illərdə üzərində işlədiyi "Uzunmüddətli neyrolepterapiya zamanı əmələ gələn əlavə effektlərin farmakoloji korreksiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə yiyələnib. 2010-cu ildən bütün dünyanın qəbul etdiyi BEYNƏLXALQ DƏRƏCƏLİ TİBB ELMLƏRİ DOKTORUdur. Bir neçə dərsliyin və elmi kitabların müəllifidir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının professorudur...
Bəli, professor Vəli Əsmətov köhnə kişilərə xas olan bütün keyfiyyətləri özü ilə gələcəyə daşıyan nadir kişilərdən biridir. Belə adamları sevə-sevə qorumaq lazımdır...
 
 
Biz tez-tez milli dəyərlərdən danışırıq. Amma bu dəyərlərin təcəssümü olan insanlara bəzən laqeyd yanaşırıq. Televiziyalar səhərdən axşamadək milli mənəviyyatımıza zidd olan verilişlər göstərir. Kaş belə bayağı verilişlərdənsə Vəli müəllim kimi insanları göstərəydilər. Axı belə insanların çıxışları gənc nəslin formalaşmasında böyük rol oynayardı...
 
 
 
İyunun 2-si professor Vəli Əsmətovun doğum günüdür, 61 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, yeni-yeni elmi nailiyyətlər arzulayıram.
Çox yaşa, böyük kişi!...
 
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI