60 illik “sirli obyekt”lə bağlı QƏRAR

12:15 01-06-2024 | icon 301 | Siyasət
60 illik “sirli obyekt”lə bağlı QƏRAR

"Bəlkə də o abidənin altından azərbaycanlıların qalıqları və ya bizə qarşı fəaliyyətlərin elementləri çıxacaq”

 

Globalinfo TV-nin Xankəndidə yerləşən “Biz və bizim dağlar” (“Nənə və Baba”) “abidəsi” ilə bağlı hazırladığı videomüsahibədən sonra sözügedən heykəlin sökülməsi məsələsi yenidən gündəmə gəlib. Bir çox ekspertlər, vətəndaşlar o abidənin sökülməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.

 

Mövzunu şərh edən deputat Elman Nəsirov deyib ki, “Nənə və Baba” heykəlinin sökülməsində əsas prinsip məsələsidir.

 

Onun sözlərinə görə, hansısa heykəlin sökülüb və ya sökülməməsində ilk növbədə prinsip müəyyən edilməlidir:

 

 

“Həmin prinsipi ölkə başçısı dəqiq müəyyən edib. Mənası da ondan ibarətdir ki, erməni separatizminin bütün nişanələri sökülməli və onlardan əsər-əlamət qalmamalıdır. Məsələn, Xankəndidəki stadion erməni separatizminin simvolu deyildi, amma orada ayrı-ayrı elementlər onu simvolizə edirdi. Ona görə də həmin elementlər götürüldü, stadion yenidən bərpa edildi. Orada Azərbaycana aid simvollar, eləcə də yazılar ana dilimizdə tərtib edildi. Yəni deməyim odur ki, elementlər götürülsə də, stadion yerində qaldı. Təbii ki, belə də olmalı idi”.

 

E.Nəsirov deyib ki, erməni separatizminə xidmət edən, onu simvollaşdıran, separatizmin mahiyyətini özündə əks etdirən abidələr sökülür:

 

“Belə olan halda da eyni prinsiplə çıxış edərək həmin abidə və s. söküləcək. Ona görə də istənilən abidənin, yaşayış binasının, müəssisənin qalması və ya sökülməsi məsələsində eyni prinsip işlək vəziyyətinə gətirilir. Sizin dediyiniz məsələdə də erməni separatizmini özündə əks etdirən atributlar varsa, deməli, söküləcək, yoxdursa, yerində qala bilər. Lakin mənim subyektiv fikrimə görə, həmin abidə sökülməlidir. Çünki erməni separatçıları uzun bir dövr ərzində həmin abidəni bütün dünyada nümayiş etdirir, özlərinin kimliyinin göstəricisi kimi təqdim edirdilər. Bu baxımdan da şəxsən mən o abidənin qalmasının deyil, sökülməsinin tərəfdarıyam”.

 

AĞ Partiyanın sədri Tural Abbaslının fikrincə, heykəl sökülməlidir:

 

 

“Çünki o abidə öz funksiyasını çoxdan itirib. Həmin heykəl SSRİ zamanında ora yerləşdirilmişdi. Guya utopik xalqların dostluğu zamanında onların dostluğunu simvolizə edən və ermənilərin ilk dəfə Qarabağa gəlməsi məqsədilə qoyulmuşdu. Yəni azərbaycanlılar qonaqpərvər olub, ermənilər gəlib orada məskunlaşıb. Onsuz da həmin heykəl ora ermənilərin ilk köçü ilə əlaqədar qoyulub. Təəssüflə qeyd etməliyik ki, sonradan bu abidə separatizmin və terrorçuluğun simvoluna çevrildi. Bir sözlə, Azərbaycan müstəqilliyinin, ərazi bütövlüyünün əleyhinə olan simvollarından biri oldu”.

 

T.Abbaslının sözlərinə görə, dünyanın hər yerində terrorizmi, separatizmi təbliğ edən “tarixi abidələr”, heykəllər, simvollar sökülür:

 

“Bu, tək bizdə belə deyil. Məsələn, Amerikanın özündə belə vətəndaş müharibəsində Cənub qoşunlarının komandanı olan Linin heykəllərini sökürlər. Düşünün, Amerika Əfqanıstana daxil olanda Talibana aid bütün nişanələri çıxardı. Biz niyə sökməyək?! Anlayıram, üzərimizə beynəlxalq basqılar var və bizi tarixi abidələri sökən vandal kimi tanıda bilərlər. Amma indi də olmasa, müəyyən müddət sonra o abidəni sökmək lazımdır ki, ermənilər sonradan saxta tarix yaratmasınlar. Ümumiyyətlə, gərək müharibə zamanı onu təsadüfən vurardılar (gülür). Təbii ki, bizimkilər hiyləgər olmadıqları üçün bunu etmədilər”.

 

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, həmin abidənin Azərbaycan ərazisində olmasının əleyhinədir:

 

 

“Çünki bu, Azərbaycan tarixi, mədəniyyəti və mentalitetilə əlaqəsi olmayan eybəcər bir abidədir. Onun orada olması ictimaiyyəti də dərindən narahat edir. Amma o abidənin sovet dönəmində, Qarabağın Azərbaycanın tərkibində olduğu bir vaxtda inşa edilməsi müəyyən problemlər yaradır. Lakin hər bir halda həmin heykəlin fundamentində basdırılan və sizin də müsahibənizdə yer alan detallar bir daha o abidənin sökülməli olduğunu göstərir. Abidənin bünövrəsində nələrin basdırıldığını aydınlaşdırmaq üçün kifayət qədər ciddi aqrumentlər var. Hər bir halda zamanı gəldikdə eybəcər abidənin ərazidən söküləcəyinə inanıram. Bəlkə də o abidənin altından azərbaycanlıların qalıqları və ya bizə qarşı olan fəaliyyətlərin elementləri çıxacaq”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI