Lənkəran Kollecinin müəllim və tələbələri BAKIDA

11:41 02-06-2024 | icon 337 | Təhsil
Lənkəran Kollecinin müəllim və tələbələri BAKIDA

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə  LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin  müəllim və tələbələrindən ibarət   səfər konserti baş tutub.

 

Versus.Az xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan ADİU nəzdində Sosial-İqtisadi Kollecin direktoru p.e.d Vidadi Orucov gələn qonaqları salamlayaraq Kollecin 100 illiyi münasibətilə təbrik etdi.

 

Sonra LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova rəhbərlik etdiyi təhsil ocağının fəaliyətindən bəhs edərək göstərdikləri qonaqpərvərliklərinə görə Kollecin rəhbərliyinə təşəkkürünü bildirdi.

 


Konsertdə LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin ”İnstrumental ifaçılıq (fortepiano və xalq çalğı alətləri) FBK üzrə “Lira”xalq çalğı alətləri ansamblı (Şüştər rəngi), “İKT və incəsənət  fənləri” FBK-nın  müəllimi Əli Hüseynov (Küçələrə su səpmişəm), “İKT və incəsənət  fənləri” FBK-nın müəllimi Zəminə Əliyeva (Unut məni unutmağı), “Vokal sənəti” (xanəndəlik) ixtisasının  III kurs tələbəsi  Allahverən Pərvizoğlu (Ürək deyir yaşa hələ), “Xalq Çalğı Alətləri” ixtisasının IV kurs tələbəsi Elşad  Əlizadə (Qaytağı), Vokal sənəti (xanəndəlik) ixtisasının III kurs tələbəsi Kənan Cabbarlı (Qarabağ-Gülür ellər gülür), ”İnstrumental ifaçılıq (fortepiano və xalq çalğı alətləri) FBK-nın sədri İlqar Əliyev (Ömrümün istəyi), “İntisturumental ifaçılıq (xalq çalğı alətləri)” ixtisasının  III kurs   tələbəsi Nəsirli Qurban (Ruhani döndərməsi),  Vokal sənəti (xanəndəlik) ixtisasının I kurs tələbəsi Zərda Dadaşova (Gecə keçdi), Vokal sənəti (xanəndəlik) ixtisasının III kurs tələbəsi Samid Xudadlı (Axtararsınız), “İKT və incəsənət  fənləri” FBK-nın  müəllimi Əli Hüseynov, Vokal sənəti (xanəndəlik) ixtisasının I kurs tələbəsi Zərda Dadaşova, “Vokal sənəti” (xanəndəlik) ixtisasının  III kurs tələbələri  Allahverən Pərvizoğlu, Kənan Cabbarlı, Samid Xudadlının (Yaşa mənim xalqım) ifaları səsləndirildi. 
Kollecin müəllim-tələbə heyətinin  çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Allahverən Pərvizoğlu
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?