Azərbaycana qarşı lokal HÜCUM

08:22 04-06-2024 | icon 245 | Cəmiyyət
Azərbaycana qarşı lokal HÜCUM

Natiq Cəfərli: "Rəsmi Ankara da problemin böyüməsinə imkan verməz"

 

“SOCAR-ın İstanbuldakı ofisinə bir qrupun hücumunun geniş vüsət alacağını düşünmürəm. Çünki etiraz etmək üçün səbəb də yoxdur”.

 

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli “Fələstin Üçün Min Gənc” təşkilatının SOCAR-ın İstanbul ofisinə basqın etməsi fonunda Bakının İsrailə neft satışını dayandırması ehtimalı haqda açıqlamasında deyib.

 

O bildirib ki, sözügedən aksiya bir qrup insanın lokal etirazıdır:

 

“Azərbaycan neft ixracını həyata keçirir və uzunmüddətli müqavilələrlə çalışır. Etiraz edənlər başa düşmürlər ki, İsraillə bağlanan müqavilələr bir neçə il müddətində razılaşdırılıb. Ondan imtina etmək mümkün deyil. Bu hal baş verərsə, məhkəmələrdə Azərbaycana qarşı cərimələr tətbiq edilə bilər. Digər tərəfdən razılıqdan niyə imtina edilməlidir? Rəsmi Bakı öz malını satır. Əksi olarsa, İsrail başqa ölkələrdən də neft ixrac edə bilər”.

 

İqtisadçı qeyd edib ki, etirazların heç bir əsası olmadığı kimi, nəticəsi də olmayacaq:

 

“Ümumiyyətlə, bu etirazlar çox yersiz və lokaldır. Aksiyaların geniş vüsət alacağını düşünmürəm. Rəsmi Ankara da problemin böyüməsinə imkan verməz”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?